Sənaye məhsulu istehsalı artıb

2018-ci ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9 faiz, neft sektorunda 0,9 faiz artıb. Sənaye məhsulunun 73,5 faizi mədənçıxarma sektorunda, 21,3 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Mədənçıxarma sektorunda neft hasilatı 2,2 faiz artmış, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalıb.Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, hazır metal məmulatlarının istehsalı 2,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,0 dəfə, mebel istehsalı 96,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 85,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 53,2 faiz, tikinti materiallarının istehsalı 38,7 faiz, elektrik avadanlıqlarının istehsalı 37,4 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 faiz artıb, içkilərin istehsalı 3,1 faiz, qida məhsullarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 18,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,7 faiz, əczaçılıq məhsullarının istehsalı 21,9 faiz, geyim istehsalı 25,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,1 faiz azalıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR