Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq memorandumu imzaladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən "OLAYLAR"-a bildirilib ki, əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.

Tədbir Bakı Media Mərkəzinin binasında baş tutub. Tədbirə açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar TəhməzliBakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qida Təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının, geniş maarifləndirmə aksiyalarının vacibliyini bildirən Qoşqar Təhməzlihəyata keçiriləcək bu işlər sayəsində vətəndaşların qida məhsullarınıdaha şüurlu şəkildə istifadə edəcəyini bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinın loqosu ictimaiyyətə təqdim edilib. Bakı Media Mərkəzinin direktoru Orman Əliyevin ictimaiyyətə təqdim etdiyi Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərində istifadə olunduğunu diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR