Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilib

Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarında dəyişikliklər edilib. AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, dəyişikliyə əsasən hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər.   Bundan əvvəl avans yolu ilə  ödənişin aparıldığı gündən bu müddət 180 gün idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda həmin şəxsə qarşı cərimə tətbiq olunurdu. Bəzi hallarda sahibkarlar obyektiv səbəblər üzündən ödənişin aparıldığı gündən 180  gün müddətində malların ölkəyə idxalını həyata keçirə bilmirdi və onların barəsində cərimə formasında inzibati tənbeh tədbiri seçilirdi.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlar tərəfindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq  ötən ay "Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda   dəyişikliklərin edilməsini aidiyyəti dövlət qurumlarına təklif etmişdi. Təkliflərdən biri də "Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda  4.3.1.3. maddəsində nəzərdə tutulmuş 180 gün müddətinin artırılması ilə bağlı idi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR