Ötən il Azərbaycan ərazisindən 10 milyon tondan çox yük daşınıb

"Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır". Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Nazir müavii xatırladıb ki, 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb: "Bu, region ölkələri arasında əlaqələri gücləndirib. Həmçinin vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb". Onun sözlərinə görə, 2017-ci ildə ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb və bu, 2016-cı ildəkindən 16 faiz çoxdur: "Daşınan məhsulların 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir". N.Səfərov onu da bildirib ki, 2017-ci ildə İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR