Müxalifət səviyyəsiz təbliğat aparır

"Müxalifətçilər çox səviyyəsiz, yersiz, lazımsız, həm də gülməli təbliğat aparırlar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, bildirib ki, radikal müxalifət illər əvvəllər mediada, saytlarda, sosial şəbəkələrdə baş verən müxalifətin üsyan yığıncaqlarını, kiçik həcmli, "mitinqlər"i, saytlarda gedən illər əvvəl olan təhrif olunmuş xəbərləri və.s. öz profillərində paylaşaraq belə bir fikir formalaşdırırlar ki, guya hardasa etiraz var, guya kimsə nədənsə narazılıq edir: "Açıb xəbəri, ya videonu baxırsan ki, bu adam 2003-cü ildə, ya da 2005-ci ildə hansısa saytda gedən bir xəbəri paylaşıb. Aşağıdan da şərh yazan elə bilir bu etiraz indiyə aiddir. Yəni, belə fikirlər formalaşdıraraq ölkədə xaosa səbəb olmaq istəyirlər. Ancaq heç zaman onların arzuları baş tutmayacaq. İstəkləri ürəyində qalacaq. Xəyalları boşa gedəcək. Çünki, bizim ölkəmizin əmin-amanlığı və sabitliyi daimi və əbədi olacaq. Allahın izni ilə heç bir şər, qara qüvvə bu əmin-amanlığı, sabitliyi poza bilməz".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR