Deputat yenə də problemli kreditlər məsələsini qaldırdı

"Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadiq siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Vahid Əhmədov deyib: "Vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. Ümid edirəm ki, bu məsələlər özünün müsbət həllini tapacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR