Əhalinin ərzağa xərclədiyi pulun məbləği açıqlandı

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 2 794,6 mln. manata bərabər olub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ticarət dövriyyəsinin 1 411,4 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 383,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri ötən ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7% və 3,0% üstələyib.Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub: Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların 6,1%-i elektrik malları və mebellərin 5,8%-i avtomobil yanacağının 1,3%-i əczaçılıq və tibbi malların 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR