“Rəqabət Məcəlləsinin qəbul edilməməsi sahibkarları da narahat edir”

"Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər". Bunu Milli Məclisin İqtisadiq siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur: "Vergilər naziri bəzi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı çıxış etdi. Ümid edirəm ki, bu məsələlər özünün müsbət həllini tapacaq". Vahid Əhmədov hər zaman həmkarı Əli Məsimli ilə Rəqabbət Məcəlləsinin qəbulu ilə bağlı məsələni qaldırıb: "Rəqabət Məcəlləsinin qəbul edilməməsi bizi narahat edir. Sahibkarları da narahat edir. Bu Məcəllənin qəbulu Strateji Yol xəritəsində də öz əksini tapıb. Amma Milli Məclisin yazı sessiyasının gündəliyinə yenə salınmayıb. Biz bütün hissələrdə şəffalığı bərpa etməliyik. Belə hesab edirəm ki, 2018-ci ildə 2017-ci illə müqayisədə iqtisadi inkişafda müəyyən artım gözləniləndir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR