Deputat benzin və tibbi avadanlıqların yoxlanılmasını tələb etdi

Millət vəkili Vahid Əhmədov Standartlaşama, meterologiya və Patent Komitəsinin ölkədəki məhsullara keyfiyyəti nəzarəti həyata keçriən qurumdur və qarşısında böyük öhdəliklər var. "Olaylar" verir ki, Milli Məclisin iqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə ölkədə sahibkarları yersiz incidilməməsi ilə əlaqədar olaraq yoxlamalardan xilas etmək məqsədi ilə xüsusi sərəncam imzaladı. "Bu düzgün addım idi. Çünki sahibkarlar yersiz incidilirdi. Lakin hesab edirəm ki. Bu gün elə məhsullar var və onları yoxlamağa ehtiyac var. Mən benzin və bəzi tibbi avadanlıqların yoxlanılmasını təklif edirəm. Bu məsələ ilə bağlı çoxsaylı şikayətlər var. Ona görə ki, benzinin tərkibi ilə bağlı çoxsaylı şikayətlər var. Digər sahə kimi tibbi avadanlıqları deyərdim. Ən azından ildə bir dəfə tibbi avadanlıqlar laborator müayindədn keçməli və yararlığı yoxlamalıdır. Bu barədə həkimlərlə də söhbət etmişik . Onlar da tibbi avadanlıqların yoxlanmasının tərəfdarıdır". Deputat əlavə edib ki, bəzi sahələrdə ciddi problemlər olduğundan bu sahələrdə mütləq yoxlamalar həyaat keçirilməlidir: "Bu gün Standartlaşma Meterologiya və patent komitəsi milyonlarla manat dəyərində laborator avadanlıqlar alıb. Lakin onlardan istifadə olunmur. Odur ki. Bütün sahələr olmasa da, vacib sahələrdə yoxlamalar aparılmalıdır". O əlavə edib ki, bu gün ölkədə qida istehsalı sahəsində ciddi problemlər mövcuddur və keyfiyyətsiz məhsullar istehsal olunur: "Bunun qarşısı alınmalıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR