Amerikanın neftin qiymətləri ilə bağlı “strategiyası” işə salınır

"Son 20 gün ərzində dünya bazarlarında neftin qiyməti 8,1 dollar və ya 11,5 faiz ucuzlaşıb. Yəni 20 gün öncə bir bareli 70,8 dollara satılan neft, indi 62,7 dollara satılır". "OLAYLAR" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Fikrət Yusifov deyib ki, 2016-cı ilin yanvar ayından sonra neftin qiymətlərində belə kəskin azalma müşahidə olunmayıb: "Qiymətlərdə kəskin azalmalar 2014-cü ilin ikinci yarısından başlayaraq 2015-ci ilin sonlarına qədər müşahidə edilmişdi. Bəs neftin qiymətləri 70 dollarlıq psixoloji həddi keçdikdən sonra nə baş verdi? Yenə də AmerikaBirləşmiş Ştatlarının neftin qiymətləri ilə bağlı "strategiyası" işə salınır. Tək 2018-ci ilin yanvar ayında ABŞ-da gündəlik neft hasilatı 100 min barel artıb. Birləşmiş Ştatların gündəlik ümumi neft hasilatı artıq 10,2 milyon bareldir. Bu ABŞ-da neft hasilatı üzrə 1970-ci illərin rekordunun yenilənməsi deməkdir. Yetmişinci illərdə ABŞ-da gündəlik neft hasilatı 9,6 milyon barel təşkil edirdi. Bu günə məlum olan odur ki, cari ilin sonuna qədər ABŞ gündəlik neft hasilatını 10,6 milyon barelə, 2019-cu ildə isə 11,2 milyon barelə çatdırmağı hədəfləyir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR