Alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması....

Dövlətin strateji prioritetlərindən birinə çevrilir

Bu birmənalıdır ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu əvəzsizdir. Zaman-zaman Rusiya ilə meydana gələn problem səbəbindən enerji təhlükəsizliyini risk altına qoyan Avropa bu üzdən Bakı ilə əlaqələrin inkişaf etdirilməsinə üstünlük verir. Artıq Avropanın özündə də Azərbaycanın yeri və rolunu açıq şəkildə ifadə edir, öz həyatlarının xilası, enerji təhlükəsizliklərinin təminatı baxımından Bakı ilə daha sıx əlaqələrə üstünlük verirlər. Bu müsbət tendensiya müntəzəm olaraq Avropanın müxtəlif ölkələrində enerji məsələlərinə dair keçirilən toplantılarda, konfrans və forumlarda öz əksini tapır, açıq şəkildə vurğulanır.

Elə bu günlərdə Litvanın paytaxtı Vilnüs şəhərində də Baltik Assambleyasının alternativ və bərpa olunan enerji məsələlərinə həsr olunmuş müzakirələri keçirilib. Tədbirdə Avropa Komissiyasının "Bütün avropalılar üçün təmiz enerji" adlı enerji paketi layihəsi təqdim olunub. Eyni zamanda tədbirdə Baltik dövlətlərində elektrik enerjisinin istehsalı və Avropa şəbəkələri ilə uyğunlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi ilə əlaqədar məsələlər, eləcə də bu sahədəki beynəlxalq təcrübə geniş müzakirə olunub. Tədbirdə "Azərbaycanda alternativ enerji: mövcud vəziyyət və inkişaf imkanları" mövzusunda çıxış edən Milli Məclisin deputatı, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli deyib ki, Azərbaycanın neft və qazla zəngin olması təbii surətdə həmin ənənəvi enerji mənbələrinin elektik enerjisi istehsalı və ixracının struktrundakı xüsusi çəkisinə təsir edir. Onun sözlərinə görə, bir tərəfdən, Azərbaycan həm ənənəvi enerji mənbələri hesabına elektik enerjisinə olan tələbatından xeyli artıq istehsal gücü yaratmaqla, həm yerli tələbatı ödəyir, həm də elektrik enerjisi eksportu imkanlarını da genişləndirir: "Bunun nəticəsində "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji dəhlizi neft və qaz ixracı dəhlizi olmaqla yanaşı, həm də elektik enerjisi ixracı dəhlizinə də çevrilib. Eyni zamanda Azərbaycanın təbii-iqlim şəraiti ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına da elektrik enerjisi hasilatını indikindən qat-qat yüksək səviyyəyə qaldırmaq üçün çox böyük və perspektivli mənbələr rolunu oynaya bilər. Belə ki, il ərzində günəşli saatların sayı Rusiyada 500-2000 saat arasında, GUAM ölkələri olan Ukraynada - orta hesabla 1900 saat, Gürcüstansa -2600 saat, Moldovada- 2200 saat, Baltikyanı ölkələr Latviyada- 1800 saat Litvada - 1900 saat, Estoniyada- 1700 saat, Azərbaycanha isə - 3000 saata yaxındır. Azərbaycanın Abşeron yarımadasında və Xəzər dənizi boyu hissələrində küləkli günlərin sayı 270 gündür. Bu əsasda Xəzər dənizi sahili boyu və dağlıq ərazilərdə külək elektrik stansiyası tikməklə dünyada ən ucuz elektik enerjisi mənbəyi olan küləyin gücündən daha geniş planda faydalanılacaq. Bundan əlavə müasir 4G texnologiyasının tətbiqi əsasında Bakının bərk məişət tulllantılarının emalı əsasında da elektrik enerjisi hasil olunur". Əli Məsimli bildirib ki, Azərbaycanın neft və qazla zəngin olması ilə əlaqədar olaraq, hazırda ölkəmizdə elektrik enerjisi istehsalı daha çox karbohidrogen xammalı mənbələrindən asılıdır: "Elektik enerjisi istehsalında hələ ənənvi enerji mənbələri olan neft və xüsusən də qazdan geniş istifadə olunur və olunacaq. Amma neft və qaz tükənən enerji mənbələri olduğundan,Azərbaycanda alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının artırılması dövlətin strateji prioritetlərindən birinə çevrilir."Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycanda 100-ə yaxın alternativ elektrik enerjisi istehsalı obyektlərinin yaradılması nəzərdə tutulur. İndiyədək bu istiqamətdə zəruri işlər görülüb və 2020-ci ilə ölkəmizdə alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı ümumi istehsalda payının 2 dəfədən çox artırıb 20 faizə çatdırılması proqnozlaşdırılır". Millət vəkili deyib ki, dünyada alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı sürətlə artır: "Həmin enerji növlərinin maya dəyəri isə sürətlə aşağı düşdüyündən, rəqabət qabiliyyəti də artır və bu da istehsalın sürətlə genişləndirilməsini sərfəli edir. Bu gedişlə alternativ enerji alternativsiz olub, nəinki neft və qazı, xeyli dərəcədə həm də atom enerjisini də əvəz edəcək". Əli Məsimli diqqəti Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının vəziyyətinə də yönəldiv və onun ətraf, bölgə üçün təhlükəli olduğunu deyib: "Ötən əsrin 70-cı ilərində istismara verilmiş Ermənistanın Metzamor Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və həm də çox seysmik bir zonada yerləşir. Ona görə də Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyası region üçün birbaşa ciddi bir təhlükə mənbəyinə çevirib". Bununla əlaqədar olaraq Əli Məsimli beynəlxalq ictimaiyyəti, beynəlxalq qurumarı, o cümlədən Avropa İttifaqını bu məsələyə diqqəti artırmağa və Ermənistanın Metzamor Atom Elektrik Stansiyası bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırıb.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR