“Excelsior Hotel & Spa Baku” oteli ilin otel və SPA kompleksi seçilib

"Excelsior Hotel & Spa Baku" oteli "Business Time" jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə "Azeri Business Award 2017" Milli mükafatına layiq görülüb.  "OLAYLAR"-a daxil olan məlumatra görə, mükafat 10 fevral 2018-ci il tarixində "Azeri Business Award" mükafatının təqdimetmə mərasimində "Excelsior Hotel & Spa Baku" otelinin baş meneceri Turhan Poyraza təqdim edilib.

Təqdimetmə mərasimində otelin baş meneceri Turhan Poyraz "Business Time" jurnalının rəhbərliyini oteli bu mükafata layiq gördükləri üçün təşəkkür edib. Turhan Poyraz bildirib ki, Azərbaycanda turizmin inkişafında "Excelsior Hotel & Spa Baku" otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və oteldə xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR