Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək

"Azərbaycan Mərkəzi Bankı yeni fiskal və monetar qaydalara keçəcək". Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə olan şəraitdə AMB yaranmış status-kvonu saxlamağa çalışacaq.

"Bizim bazara əhəmiyyətli dərəcədə müdaxiləmiz yoxdur. Biz valyuta hərraclarında nə valyuta alırıq, nə də valyuta satırıq. Əsas məsələ hal-hazırda banklara verdiyimiz svopların qaytarılmasıdır. Yeni fiskal və monetar qaydalara keçid çox mütərəqqi addımdır. Bu yeni fiskal və monetar siyasət qaydalı siyasətdir. Bu qaydalı siyasət həm fiskal, həm də monetar siyasətin koordinasiyasını yüksək səviyyəyə qaldıracaq. Bununla da məzənnənin iqtisadi risklərə təsirinin aradan qaldırılmasını təmin edəcəyik", - deyə E.Rüstəmov vurğulayıb.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR