Azərbaycan dünyanın 183 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, DSK-nin məlumatına görə, 114 ölkəyə məhsul ixrac, 176 ölkədən isə idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon ABŞ dolları təşkil eidb. İxracın dəyəri 14 milyard 018,7 milyon dollar, idxalın həcmi isə 7 milyard 790,7 milyon dollar təşkil edib. Nəticədə 6 milyard 228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR