“Azəriqaz” abonentlərin sayı 2 097 293-ə çatıb

2017-ci ilin yanvar-dekabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb ki, bunun da 48 877-i Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir. "OLAYLAR"-ın "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.

Qeyd edək ki, 01 yanvar 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR