“Made in Azerbaijan” loqosunun təqdimatı keçirilib

Yanvarın 12-də Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və "Made in Azerbaijan" loqosunun təqdimat mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, təqdimat mərasimində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan 100-ə yaxın iş adamı iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, rəqabətqabiliyyətli, ixracyönümlü yerli məhsulların "Made in Azerbaijan" brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: "Milli brendlərin yaradılması və inkişafı ,daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür".Qeyd edək ki, loqo Leo "Burnett" şirkətinin nümayəndəsi Abbas Fətullayev tərəfindən hazırlanıb. Loqo özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkənin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR