2018-ci ildə əldə olunan uğurlar daha çox olacaq AÇIQLAMA

"Ölkə başçısının Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafinın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanıb". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, 2017- ci il ölkə iqtisadiyyatının inkişaf surəti artıb, bu ildə nəzərdə tutulan proqram və layihələr uğurla icra olunub: "Ölkədə şaxələnmiş iqtisadiyyat inkişaf edərək, ölkə büdcəsinin neftdən aslılığını xeyli azaldıb. Regionlarda açılan aqroparklar, sənaye məhəllələri 2017-ci ildə səmərəli nəticəsini verib. Aparılan yeni iqtisadi islahatlar iqtisadiyyatın inkişafına əhəmiyyətli dərəcədə oz töhfəsini verir. "Əsrin muqaviləsinin"müddətinin 2050 -ci ilə qədər uzadılması, Bakı-Tiflis-Qars dəmir yolunun açılışı ölkə iqtisadiyyatının inkişafından xəbər verir. 2017-cı ildə kənd təsərüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq sahəsində əldə olunan uğurlar ölkəmizin gələcək uğurlarının əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət onu deməyə imkan verir ki, 2018-ci ildə əldə olunan uğurlarımız daha da çox olacaqdır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR