"Cert Center” MMC və "Standart Cert” MMC-nin akkreditasiya attestatları ləğv edilib

"Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi (AzAK) tərəfindən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tələblərini pozduğuna görə "Cert Center" MMC-nin və "Standart Cert" MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması" üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, "Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə inspeksiya nəzarəti planı"na uyğun olaraq istehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən adıçəkilən sertifikatlaşdırma qurumlarında inspeksiya nəzarətinin aparılması nəzərdə tutulsa da, orqanlar tərəfindən inspeksiya nəzarətinin aparılması üçün şərait yaradılmayıb. Bunu əsas götürərək AzAK-ın müvafiq qərarı ilə "Cert Center" MMC və "Standart Cert" MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması" üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR