Orta aylıq əməkhaqqı artıb

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 2017-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,2 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR