Əmanətlərin qaytarılmasına 545 milyon manat xərclənib

"Xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib". "Olaylar" xəbər verir ki, bunu prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, ölkədə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilən qanuna əsasən dövlət 100 faiz zəmanət verir: "Bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub. Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR