Biznes inkubator startapların dəstəklənməsi üçün mühüm platformadır

Noyabrın 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi" mövzusunda bir sıra dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ekspertlərin iştirakı ilə tədbir keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə, sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş və görüləcək işlər haqqında məlumat verib. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, təşəbbüskar gənclərin iştirakı ilə həyata keçirilən tədbirlər və yeni imkanlardan danışıb. Avropa Komissiyasının Azərbaycan Respublikasında "Regionların inkişafına dəstək Qrant Proqramı" ilə bağlı həyata keçirilən layihənin ekspertləri "Sahibkarlığın inkişafı proqramları - biznes inkubatorlar: imkanlar, problemlər və vəzifələr" mövzusunda təqdimatla çıxış edib, biznes inkubatorların inkişafı, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda bu sahədə aparılmış təhlillərin nəticələri barədə məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR