Növbəti ixrac missiyamız Çində səfərdədir

Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə,
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 13 yerli şirkətin nümayəndəsi daxildir.
Qeyd edək ki, Şanxay şəhərinə təşkil olunmuş ixrac missiyası sayca 10-cudur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR