Hansı məhsullar daha çox bahalaşıb

Bu ilin 9 ayı ərzində infyasiya səviyyəsi 13.9 faiz olub. Dövlət Statustika Komitəsindən "Olaylar"a verilən məlumata görə, müvafqi dövrdə ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Həmçinin cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır. Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun və marqarin yağlarının, limonun, portağalın, gavalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, sarımsağın qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Senytabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, kitabların və dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobillərinin, mobil telefon və fotoaparatların qiymətlərində isə ucuzlaşma baş verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR