Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan qadınlar üçün şans

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Aran iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir. Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara aşağıdakı xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR