Azərbaycan qarşısına qoyduğu hədəflərə çatıb

Tahir Mirkişili: "2017-ci ilin 9 ayının yekunları göstərir ki, Azərbaycanda dayanıqlı iqtisadi artım modeli artıq formalaşmaqdadır"

"Bu il dayanıqlı iqtisadiyyatın formalaşması yönümündə əsas başlangıc ili olacaq"

Azərbaycan car il üçün qarşısına qoyduğu hədəflərə mərhələ-mərhələ nail olmaqdadır. Yeni dövr, situasiya üçün əsas hədəf ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir ki. əslində ölkəmiz bu sektorunun inkişafına hələ dünyada neft böhranı başlamadan öncə start verib. Bir qədər də dəqiqləşdirsək, 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başladığı gündən. Elə ölkəmizin qarşısına qoyduğu hədəflərin gerçəkləşməsində məhz ötən 13 il ərzində uğurla həyata keçirilən Regional Proqramların da rolu az deyil. Hazırda isə qeyri-neft sektorunun inkişafı bir qədər də prioritet hesab edilir. Və nəzərdə tutulan tədbirlər sırasında ölkənin ixrac potensialının artırılması, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər öz müsbət effektini də göstərir. Məsələn, ölkədə regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsi, bu məqsədlə sahibkarlara, iş adamlarına güzəştli kreditlərin verilməsi yerli istehsalın stimullaşdırılmasına, istehsalın artmasına gətirib çıxarır. Bu da öz növbəsində xaricdən asılılığı aradan qaldırır, valyutanın kənara çıxmasının qarşısını alır. Bu mənada Aran, cənub, şimal-qərb zonasında ənənəvi sahələrin inkişaf etdirilməsi baxımından həyata keçirilən tədbirlər xüsusi qeyd edilməlidir. Məlumat üçün qeyd edək ki, Aran zonasında pambıqçılıq, şimal-qərb zonasında tütünçülük, fındıqçılıq və baramaçılıq, eləcə də cənub zonasında çəltikçilik, subtropik meyvələr və çayçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini göstərir. Bütün bu qeyd edilənlər öz-özlüyündə Azərbaycanın 2017-ci ildə qarşısına qoyduğu hədəflərin reallaşmasında da özünü göstərir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-qitisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında səsləndirilən statistik göstəricilər də belə deməyə əsas verir. Yəni, Azərbaycan cari il üçün qarşısına qoyduğu hədəflərə çatıb və bu istiqamətdə uğurla addımlayaraq iqtisadiyyatını daha da inkişaf etdirir. Elə millət vəkili Tahir Mirkişili də bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hələ 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı 2017-ci il üçün əsas hədəfləri göstərmişdi. Tahir Mirkişili bildirib ki, bunlar makroiqtisadi sabitliyə nail olmaq, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı və sənaye istehsalını artırmaq, iqtisadiyyatın şaxələndirilməsini genişləndirmək, infrastruktur layihələrini başa çatdırmaq, ixracın həcmini artırmaq və valyuta ehtiyatlarını qoruyub saxlamaqdan ibarət idi: "2017-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarının təhlili göstərir ki, keçən dövr ərzində bu hədəflərin hamısını nail olunub. Belə ki, ölkədə makroiqtiqtisadi sabitlik artıq bərpa edilib, əhalinin manata etibarı artır. Bu dövr ərzində əhalinin banklara manatla yerləşdirdiyi əmanətlərin həcmi 26.4 faiz artmışdır". Millət vəkili deyib ki, 9 ay ərzində ölkədə 226 000 yeni iş yerləri açılmış, özünü məşğulluqla bağlı əsaslı işlər görülmüşdür: "Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və sənayeçilərə göstərilən dəstək nəticəsində kənd təsürrüfatı istehsalı 2.8 faiz, qeyr-neft sənayesi istehsalı isə 3.1 faiz artmışdır. Yeni aqroparklar və sənaye məhəlləsi yaradılmışdır. 100-dən çox məktəb, 27 tibb ocaqları tikilmiş, bərpa edilmiş, regionlarda avtomobil yolları xətləri, qazlaşdırma və elektrik xətlərini çəkilməsi layihələri icra edilmişdir". Millət vəkili onu da xüsusi olaraq vurğulayıb ki, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işlər başa çatdırılmışdır: "İxracın həcmi ötən dövr ərzində 35.8 faiz artmış, ixracın strukturunda şaxələndirmənin miqyası genişlənmiş, hər istiqamət üzrə isə artım qeydə alınmışdır. Keçən dövr ərzində valyuta ehtiyatları nəinki qorunub saxlanmış, həttə artıralaraq 42 mlrd dollara çatmışdır. Qeyd etmək lazımdır ki, qonşu ölkələrin bir çoxunda valyuta ehtiyatı fondları tükənmək üzrədir. İstehsalın artımı, ixracın genişləndirilməsi və doğru pul-kredit siyasətinin aparılması valyuta ehtiyatlarının artıma səbəb olan amillərdəndir. 2017-ci ilin 9 ayının yekunları göstərir ki, Azərbaycanda dayanıqlı iqtisadi artım modeli artıq formalaşmaqdadır. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan dərin islahatlar bütün sahələrdə öz müsbət təsirini göstərməyə başlamışdır. Bu nəticələr həm də ölkəmizin beynəlxalq reytinqlərdə öz mövqelərinin yaxşılaşmasına təsirini göstərir. Əldə edilən iqtisadi nəticələr onu deməyə imkan verir ki, 2017-ci il dayanıqlı iqtisadiyyatın formalaşması yönümündə əsas başlangıc ili olacaqdır".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR