Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb

Əkrəm Həsənov: "Ölkənin davamlı sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri ölkədə ardıcıl yeridilən multikulturalizm və həmrəylik siyasəti olub"

Azərbaycanın özünəməxsus xüsusiyyətlərindən biri də ölkəmizdə milli və dini tolerantlığın təmin olunması, multikulturalizmin geniş formada yayılmasıdır. Elə bu xüsusisyyətlərinə görədir ki, günümüzdə Azərbaycan dünyada ən multikultural ölkə olaraq tanınır. Ölkəmizdə dini və milli tolerantlığın yüksək səviyyədə təmin olunmasının göstəricisidir ki, dünyanın nüfuzlu beynəlxalq təşkilat və qurumları özlərinin mühüm əhəmiyyət kəsb edən, bəşəriyyət üçün vacib hesab olunan toplantılarını, forumlarını Bakıda keçirir, həmin tədbirlərə Azərbaycanın evsahibliyi etməsini alqışlayırlar. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu məsələyə toxunaraq ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindən söz açıb və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini bunun əyani sübutu kimi göstərib

Ölkəmizdə milli və dini tolerantlıq təkcə sözdə deyil, eləcə də əməldə, real işdə öz təsdiqini tapır. Keçən il Azərbaycanda "Multikulturalizm İli"nin elan olunması, bu il isə "İslam Həmrəyliyi İli"nin qeyd edilməsi deyilənlərin əyani sübutudur. Təsadüfi deyil ki, bu gün Azərbaycanda mövcud olan dini və milli tolerantlıq, multikulturalizm dünyaya nümunə olaraq göstərilir. Azərbaycanın təcrübəsinin öyrənilməsi məqsədəuyğun hesab olunur. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb. Əkrəm Həsənovun sözlərinə görə, ölkəmizdə, hər bir İslam və digər dini icmalar, qanunvericilik çərçivəsində, sərbəst qeydiyyatdan keçmək və fəaliyyət göstərmək imkanına malikdir: "Bunun əksinə olaraq, bəzi Qərbi Avropa ölkələrində, Fransa, Almaniya, Böyük Britaniya, Belçika və s. kimi ölkələrdə son onillikdə islamafobiya geniş yayılmışdır. Belə ideologiyanın dəstəklənməsi ekstremist qüvvələrin baş qaldırması və yayılmasına zəmin yaratmışdır. Belə meyllərin genişlənməsinin əsas səbəblərindən biri bu ölkələrdə dövlət tərəfindən (yarı örtülü olsada) müvafiq siyasətin yeridilməsidir. Belə ki, son illər bir sıra Avropa ölkələrində, irqi, milli və dini zəmində baş vermiş dəhşətli cinayyətlər bu fikri bir daha təsdiqləmışdır. Misal olaraq, Norveçdə Breyvik adlı şəxs, əsasən müsəlman olan, 69 gənc oğlan və qızları vəhşicəsinə qətlə yetirmişdi. Almaniyada ekstremist qrupları tərəfindən yerli tüklərə mütamadı qarşı terror aktları törədilir". Əkrəm Həsənov onu da qeyd edib ki, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını müəyyən edən əsas amillərdən biri ölkədə ardıcıl yeridilən multikulturalizm və həmrəylik siyasəti olub: " Respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasət nəticəsində regionlarda sosial yönümlü layihələr realizə etmək mümkün olmuşdur.
Azərbaycanda etnik zəmində tolerantlığın və multikulturalizmin kök salması azərbaycanlıların tarix boyu özünü biruzə vermiş milli xüsusiyyətlərindən irəli gəlir. Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-qərb və cənub-şimal istiqamətlərindən iki ticarət yolları keçmişdir. Eyni zamanda keçmişdə respublika ərazisində qonşu respublikalardan yönəlmiş hərbi yürüşlər, həmçinin burada etnik mozaikanın formalaşmasında öz təsirini göstərmişdir. Ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilmışdi. Uzaq ölkələrdən gələn turistlərin bir hissəsi daimi yaşamaq üçün bu yaşayış məntəqələrində məskan salırdılar. Ümumiyyətlə bu haqda, hələ 1921-ci ildə nəşr olumuş Baharlının "Azərbaycan etnogenezi " əsərində daha geniş və dolğun məlumatlar yer tapmışdı". İlahiyyatçının sözlərinə görə, Azərbaycan Respublikasının konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək, İkinci bölmənin lll fəslinin 44-cü maddəsində göstərir ki, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz: "Etnosun əsas atributlarından olan dil hüququnu da Azərbaycan Respublikasının konstitusiyası qoruyur və dövlətin ali qanununun İkinci bölməsinin lll fəslinin 45-ci maddəsində deyilir: "Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Ümumiyyətlə, müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanuna konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın İkinci bölməsinin lll fəslinin 25-ci maddəsinin 3-cü bəndində deyilir: "İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR