Giorgi Kvirikaşvili: “Yeni saziş ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək”

Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbriki oxunub.

Məlumata görə, Gürcüstanın baş naziri G. Kvirikaşvili sazişin imzalanmasının tarixi hadisə olduğunu vurğulayıb. Baş nazir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasının ölkələr arasında əməkdaşlığın inkişafına, rifaha xidmət edəcəyini bildirib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR