Neftin hazırki dünya bazar qiymətləri

Pərviz Heydərov: "Bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır"

"Son günlər neftin dünya bazar qiymətlərində bahalaşmaya meyl müşahidə edilir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, zaman-zaman bu, özünü göstərib. Lakin, üzü soyuqlu havalara getdiyindən, neftin bu arada bahalaşmaya meyl göstərməyi diqqəti cəlb edir: " Amma neftin bahalaşması üçün heç bir ciddi əsaslar yoxdur. Eyni zamanda, ucuzlaşma üçün də bunu demək olar. Yəni, məlum olduğu kimi, artıq, xeyli müddətdir vəziyyət stabil xarakter daşıyır. Ümumiyyətlə, kiçik bir analiz aparsaq, belə demək mümkündür ki, neftin hazırki dünya bazar qiymətləri bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır. Əlbəttə ki, bir çox ölkələr istəyərlər ki, qiymətlər 70 ABŞ dollarının üstündə olsun. Ancaq bu, yaxın perespektivdə deyil. Heç orta perespektivdə də güman edilmir.Sözün qısası, neftin dünya bazar qiymətləri üçün elə ən optimal rəqəm 50 dolların üstüdür. O ki qaldı arabir 60 rəqəminə yaxınlaşma meyillərinin özünü göstərməsinə, bu, ABŞ dollarının kursu kimi amillərə bağlıdır. Belə ki, bəlli olduğu kimi, ABŞ valyutası möhkəmləndikdə neft ucuzlaşır, dəyərdən düşdükdə isə bahalaşır. Məsələ isə bundan ibarətdir ki, Amerika valyutası bu il möhkəmlənməyi dayandırdı. Baxmayaraq ki, ABŞ mərkəzi bankı tərəfindən cari il ərzində üst-üstə 2 dəfə faiz artımına gedildi, dollar möhkəmlənmədi. Əksinə, Amerika milli valyutası bu gün də dəyərsizləşməkdədir...

Neft də ona görə bahalaşmağa meyl göstərir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR