Azərbaycanda xarici valyuta ilə alış-veriş etmək qadağandır

Ölkənin bir sıra ticarət şəbəkələrində, xüsusən telefon satışı ilə məşğul olan firmalar daxili bazarda xarici valyuta ilə alış-veriş edirlər. Maraqlıdır, daxili bazarda xarici valyuta ilə alış-veriş etmək nə dərəcədə qanunauyğundur? Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentindən bildirilir ki, Azərbaycan Respublikasının pul vahidi manatdır, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsində göstərilir ki, "Azərbaycan Respublikasının pul vahidi manatdır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR