Ənənəvi məhsul növlərinin istehsal imkanlarının genişləndirilməsi....

Fikrət Yusifov: "Ölkə iqtisadiyyatına çox böyük dividentlərin əldə olunmasına gətirib çıxara bilər"

"Bu həm də regionların iqtisadiyyatının inkişafında ciddi bir irəliləyişə aparacaq yoldur"

Ölkə Prezidentinin son günlərdə bölgələrə səfəri zamanı müzakirə olunan əsas məsələ yerlərdə kənd təsərrüfatı məhsullarının istehsallını artırmaq və ərzaq təhklükəsizliyi ilə bağlı məsələləri əsaslı şəkildə həll etməkdən ibarətdir. Digər mühüm vəzifə isə idxalı əvəz etməklə bərabər ixrac imkanlarını genişlıəndirməkdən ibarətdir. Burada qarşıya qoyulan vəzifə olduqca mühümdür. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, bir neft ölkəsi olaraq biz məhz bu yolla ölkə iqtisadiyyatının neftdən asılılığını optimal bir səviyyəyə endirə bilərik. Onun sözlərinə görə, bu sahədə qarşıya qoyulan vəzifələrin icrası hökumətin və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin gündəlik nəzarətindədir: "Dövlət başçısının bölgələrə səfəri real sektorun inkişafını sürətləndirmək və bunun üçün bütün imkanların bir araya gətirilməsini təmin etmək məqsədlərini güdür. Real sektorun ən aparıcı sahəsi məhz aqrar sektordur. Vaxtılə Azərbaycan strateji kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində çox uzaqlara gedib çıxa bilmişdi. Yəni bu artıq gedilmiş, keçilmiş yoldur. Elə buna görə də indi bütün imkanlardan istifadə edərək bu ənənələri bərpa etmək lazımdır. Sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı ölkə başçısı bu məsələlərdən bəhs edərkən demişdi: "Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək". Fikrət Yusifov bildirib ki, artıq bir çox strateji məhsulların istehsalında əsaslı dönüş edilmişdir: "Məsələn, pambıq, barama, tütün kimi ölkəyə möhkəm valyuta gətirən məhsulların istehsalı son üç ildə dəfələrlə artmışdı.Son müşavirədə istehsalının artımı ətrafında müzakirələr gedən çəltiyin, çayın və sitrus meyvələrin də istehsalı son illərdə dəfələrlə arta bilmişdi. Belə ki, əgər 1991-ci ildə 1000 hektar sahədə çəltik əkilmişdisə, 2016-cı ildə 2500 hektarda, cari ildə isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Eyni uğurlar sitrus meyvələrin və çayın da istehsalında qeydə alınıb. Lakin bütün bunlara baxmayaraq bu məhsulların yerli istehsalı hələ ki daxili bazarın tələblərin tam ödəyə bilmir. Elə buna görə də Lənkəranda keçirilən müşavirədə İlham Əliyev yerli iş adamlarının diqqətini bu məsələyə xüsusi bir şəkildə cəlb etdi. Prezident "Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq" deməklə bu işlə məşğulluğun nə dərəcədə əhəmiyyətli olduğunu potensial investorların və iş adamlarının diqqətinə çatdırdı. Aqrar sektorun sürətli inkişafı, ənənəvi məhsul növlərinin istehsal imkanlarının genişləndirilməsi ölkə iqtisadiyyatına çox böyük dividentlərin əldə olunmasına gətirib çıxara bilər. Bu həm də regionların iqtisadiyyatının inkişafında ciddi bir irəliləyişə aparacaq yoldur. Bu eyni zamanda milli valyutamızın məzənnəsinin sabitliyinin təmin edilməsi üçün yaxşı zəmin yarada biləcək bir yoldur".

Millət vəkili Aydın Hüseynov deyib ki, Prezident İlham Əliyevin cənub bölgəsinə səfərləri davamlı xarakter daşıyır və dövlət başçısı hər il regionların inkişafı ilə bağlı həyata keçirilən proqramların icrası çərçivəsində həmin bölgədə müasir infrastruktur obyektlərinin, yeni istehsal müəssisələrinin, sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak edir. O, qeyd edib ki, İlham Əliyev regionlara yüksək diqqət və qayğısını əsirgəmir, mütamadi olaraq büdcənin və əlavə maliyyə mənbələrinin imkanları hesabına bölgələrin tarazlı və yüksək inkişafının təmin olunmasında bilavasitə əsas rol oynayır: "Cənub rayonlarında geniş və əhatəliliyi ilə fərqlənən layihələrin icra olunması bu bölgənin ən ucqar yaşayış məntəqələrində abadlıq, quruculuq, yenidənqurma işlərinin və infrastruktur təminatının modernləşdirilməsi, yol, nəqliyyat, su, işıq, qaz təminatı daha da yaxşılaşıb, yeni məktəb, xəstəxana, mədəniyyət və idman obyektləri tikilərək istifadəyə verilməsi ilə nəticələnib" Aydın Hüseynov qeyd edib ki, cənub bölgəsi son illər iqtisadi potensialına və milli ixracın formalaşmasında rəqabətədavamlı gücünə görə, xüsusilə seçilməkdədir. "Prezident İlham Əliyevin cənub bölgəsinə dərin diqqətinin təzahürü olaraq bu iqtisadi rayonlarda son illərdə ən, rəqabətədavamlı istehsal müəssisələri yaradılıb, qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyətə malik ixrac müəssisələrinin sayı artır. Bu bölgə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdiyi region kimi diqqəti cəlb edir və son illər aqrar strategiyanın həyata keçirilməsində cənub rayonlarının rolu daha da artmaqdadır. Meyvə, tərəvəz istehsalı komplekslərinin yaradılması, çayçılıq, üzümçülük, şərabçılıq, çayçılıq, tütünçülük, sitrus bitkiləri və digər sahələrin dirçəlməsi bu bölgənin qeyri-neft istehsalı və ixracında çəkisini əhəmiyyətli dərəcədə yüksəltməkdədir". Millət vəkilinin sözlərinə görə, son illərdə hər bir regionun spesifik iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla perspektiv inkişaf prioritetlərinin müəyyənləçdirilməsi və həmin regionlarda respublika müşavirələrinin keçirilməsi də qeyri-neft iqtisadiyyatının çoxşaxəli inkişafını stimullaşdırır:"Dövlət başçısının Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində vurğuladığı kimi cənub bölgəsi bu gün ikənd təsərrüfatının, milli sahibkarlığın inkişafında ən əhəmiyyətli regonlardan biridir və son illərdə bu bölgədə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət öz mühüm töhfələrini verməkdədir. Cənub bölgəsi respublikamızın ərzaq təhlükəsizliyinin möhkəmlənməsində də mühüm rol oynamaqdadır. Bu bölgəyə olan yüksək dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR