Barama istehsalı Azərbaycan üçün ənənəvi sahədir

Ekspert: "Bu ölkəmizə daxil olan valyutanın həcminin artırılması baxımdan vacibdir"

Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsinin də inkişaf edərək, əvvəlki şöhrətinə çatacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir.Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması, hələ eramızdan əvvəl XXVII əsrlərdə məlum olub. Arxeoloji qazıntılar bu sənətin, hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da göstərir. Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin,Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində, həmçinin, digər ərazilərdə inkişaf edib. VII əsrdən ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən, bol günəş işığı, tarixi əmək vərdişləri, tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XI-XII əsrlərdə Bərdə, Şamaxı, Gəncə, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb. Hal-hazırda Azərbaycanda 30 rayonda barama istehsal olunur. Barama istehsalına görə birinci yerdə Zərdab rayonudur - 27 ton. Ondan sonra Füzuli 24, Zaqatala 21, Şəki 18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə 12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton. Göründüyü kimi, ilk 10 rayonda yüksək məhsuldarlıq əldə olunub və əlbəttə ki, potensial da böyükdür. Hazırda isə 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur. Bu baxımdan, dövlət hər şeyi öz üzərinə götürüb, kümçülərə materiallar və subsidiyalar verilir, "Şəki İpək" bütün baramanı qəbul edir. Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən, gələn il 500 ton barama tədarük ediləcəyi gözlənir: "Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl, təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək".

İqtisadçı-ekspert Vüqar bayramov deyib ki, 2004-cü ildən sonrakı proses dövründə regionlarda infrastrukturun formalaşması prosesi həyata keçirildi. Ümumiyyətlə infrastruktur investisiyalarıncəlb edilməsi baxımından vacib idi. Çünki mövcud infrastrukturun formalaşdırılması nəticə etibarilə investisiyaların cəlb edilmsi baxımından yeni imkanlar yaradır. Onun sözlərinə görə, 2004-cü ildən etibarən də həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları birbaşa regionların infrastrukturunun formalaşmasına zəmin yaratdı: "Post-neft dövründə isə regionlarda formalaşmış infrastruktur hesabına biznes, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində regionlarda istehsalın genişləndirilməsinə əlverişli şərait yaradıldı. Hazırda regionlarda tək ənənəvi aqrar məhsulların deyil, eləcə də digər kənd məhsullarının istehsalında artımlar müşahidə edilir. Birinci yarımildə qeyri-neft ixracatı 27 faiz artmışdır. Bu artım da birbaşa məhz regionların hesabına baş verdi". İqtisadçının sözlərinə görə, Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi post-neft dövründə regionların inkişafı və eləcə də iqtisadiyyatın diversifikasiyası baxımdan vacib tədbir kimi xarakterizə edilməlidir: "Barama, tütün və fındıq istehsalı Azərbaycan üçün ənənəvi sahələrdir. Azərbaycan Prezidentinin birbaşa dəstəyi ilə reallaşan regional iqtisadi islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul yaratmışdır. Bu isə həmin sahələrin sahibkarlar üçün cəlbedici etməklə yanaşı, məşğulluğun güclənməsi, yeni iş yerlərinin yaradılması, daxili tələbin ödənilməsi və eləcə də qeyri-neft ixracatının artırılması kimi müsbət təsirlərə malikdir. Yalnız fındıq ixracatından Azərbaycan sahibkarları ötən lil 105 milyon dollar gəlir əldə ediblər. Bununla belə, ənənəvi kənd təsərrüfatı məhsullarının ixracatından əldə edilən gəlirin daha da artırılması indi əsas hədəflərdəndir. Bu isə ölkəmizə daxil olan valyutanın həcminin artırlması baxımdan vacibdir".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR