Aşqabad və Bakı arasında strateji tərəfdaşlığın bünövrəsi qoyuldu

Bundan sonra Xəzərin statusu və" Kəpəz" yatağı ətrafında mübahisələr də həll ediləcək

Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi uğurlu strategiya, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atdığı addımlar Bakıya olan marağı getdikcə artırır. İndi Qərbdən tutmuş Avropaya, Şərqdən Asiyaya qədər bütün ölkələr Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə, Bakını özünün strateji tərəfdaşına çevirməyə çalışır. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyada malik olduğu imkanlar, yeraltı və yerüstü sərvətləri, ən əsası zəngin enerji resursları və ölkəmizin iştirakı və bilavasitə təşəbbbüsü ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələri Bakını cəlbedici edir. Bu günlərdə biz bunun bir daha şahidi olduq. Təbii ki. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri fonunda. Məlumat üçün qeyd edək ki, Türkmənistan prezidenti bu günlərdə ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdü, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdi. Səfər çərçivəsində Bakı ilə Aşqabad arasında müxtəılif sahələrdə əməkdaşlığı özündə əks etdirən sazişlərin imzalanması da bu səfərin uğurla başa çatdığını və Türkmənistanla Azərbaycan arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri iki ölkə arasında problemlərin həlli və gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu və bundan qaynaqlanan "Kəpəz" yatağı üzərində Bakı və Aşqabad arasında soyuq siyasi münasibətlər davam edirdi: "İki ölkə arasında ticari və iqtisadi əməkaşlıqda böyük potensial olmasına baxmayaraq, rəsmi Aşqabad məlum poroblemlərə görə, Bakı ilə əməkadaşlıqda maraqlı deyildi. Azəbaycanın TAP və TANAP lahiyələrinin gerçəkləşməsi, Türkmənistanın da diqqətini çəkməyə bilməzdi. Çünki, Türkmən qazının alıcısı olan Rusiyanın " Qazprom " şirkəti ABŞ-ın sanksiyalarından ciddi şəkildə zərər görür. Bundan əlavə, Qərb Rusiya vasitəsi ilə nəql olunan qaz və neftin alınmasında maraqlı deyil. Dəyişən enerji coğrafiyası, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiylar Türkmənistanın Azərbaycanla əmıkdaşlıq etməsini şərtləndirir. Türkmənistan prezidenti öz çıxışında şaxələndirilmiş enerji siyasətini vurğulamaqla Xəzərin dibi ilə "TransXəzər" boru kəmərinin çəkilməsində və öz qazını TAP vasitəsi ilə Qərbə ixracında maraqlı olduğunu qeyd etdi. Ekoloji problemi önə çəkən Rusiya Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinə hər vəchlə mane olur". Politoloq deyir ki, "Trans Xəzər" boru kəmərinin çəkilməsinə mane olan Rusiyanın neytrallaşdırılması, Türkiyə-Azərbaycan və Türkmənistanın ortaq müttəfiqliyi, eləcə də ABŞ-n dəstəyi ilə gerçəkləşə biər: "Ekoloji problemi önə çəkən Rusiya isə, özü Qara dənizin dibi ilə "Türk axını" boru kəmərini çəkir. Rəsmi Kreml Mərkəzi Asiyanın neft və qaz ixracını məhz öz nəzarəti vasitəsi ilə nəqlinə çalışır. Bununla Mərkəzi Asiyanı öz nəzarətində saxlamağa çalışır. Türkmənistan Azərbaycanla əməkadaşlıqda maraqlı olarsa, Kəpəz yatağının birgə işlənməsinə razılıq verərsə, Qərbin dəstəyini alacaq və TAP -a qoşulmaq, Rusiyanın inhisarından çıxmaqla öz enerji siyasətində müstəqil ola bilər.  Türkmənistan prezidenti göründüyü kimi regionda dəyişən enerji siyasətinin fərqindədi və Azərbaycanla əməkadaşlıqda artıq öz seçimini edib. İki ölkə prezidentləri imzaladıqları sənədlərlə yeni əməkdaşlığın və strateji tərəfdaşlığın bönövrəsni qoydu. Qeyd edim ki, bundan sonra Xəzərin statusu və" Kəpəz" yatağı ətrafında mübahisələr də həll ediləcək. Çünki, bu məsələlərdə ortaq məxrəcə gəlinib ki, strateji əməkdaşlıq formatının əsası qoyuldu. Artıq Azərbaycan və Türkmənistan siaysətində yeni səhifə açılır". Məhəmməd Əsədullazadə deyib ki,  
Türkmənistanın Azərbaycanla əlaqələrinin bərpa olunmasında Türkiyənin mühüm rolu oldu: "İran ciddi şəkildə indiyə kimi Türkmənistana ciddi təzyiq edərək, Azərbaycanla əməkdaşlığa imkan vermirdi. Xəzərin statusunda İran və Türkmənistan Azırbaycanla razılaşmırıdı. Bundan sonra, İran öz iddiasında təkləndi".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR