Mahir Abbaszadə: “Kənd təsərrüfatının çox sürətlə inkişafına gətirib çıxaracaq”

"Son vaxtlar Azərbaycan iqtisadiyyatın inkişafında post-neft mərhələsi deyilən bir mərhələyə qədəm qoyub. Post-neft mərhələsi özündə neftdən asılı olmayan iqtisadiyyatı cənab Prezidentin həmişə qeyd etdiyi kimi şaxələndirilmiş iqtisadiyyatı özündə nəzərdə tutur. Şaxələndirilmiş iqtisadiyyatın da növlərindən biri kənd təsərrüfatının inkişafıdır". Bunu millət vəkili Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, cənab Prezidentin rəhbərliyi ilə Qaxda və digər bölgələrimizdə keçirilən müşavirələr birdaha sübut edir ki, dövlətin birinci şəxsi səviyyəsində Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük fikir verilməkdədir: "Nəzərə alsaq ki, uzun müddət Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük ənənələr var idi. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirələr və bu müşavirələrdə qəbul olunmuş qərarlar, eləcə də qərarların icrası ilə bağlı faktiki olaraq işlərə nəzarət olunması ölkədə kənd təsərrüfatının çox sürətlə inkişafına gətirib çıxaracaq. Kənd təsərrüfatının inkişafı eyni zamanda Azərbaycanda kənd təsərrüfatından asılı olan sənayenin inkişafına gətirib çıxaracaq. Bunun da əsas əlamətlərindən biri artıq xarici dövlətlərdə "Made in Azerbaijan" brendi altında Azərbaycanın ticarət nümayəndəliklərinin açılması və ölkəmizin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR