Xarici investisiyalar hesabına həyata keçirilən yol layihələri

2017-ci ilin I rübü ərzində respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına aşağıda göstərilən layihələrdə də işlər davam etdirilib. "OLAYLAR"-ın xəbərinə görə, bu layihələr sırasına  Asiya İnkişaf Bank ilə bağlanmış Kredit Sazişinə əsasən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən a) l Ələt-Şorsulu hissəsi ( 55,8-80,6 km), b)Şorsulu-Cəlilabad (80,6÷110,7 km) hissəsi,  c)  Cəlilabad-Masallı (110,7÷142,9 km) hissəsi, d) Masallı-Astara (Masallı-Girdəni, km 0÷22,2) A hissəsi, ​f) Masallı-Astara  (Pensar-Astara  41,5÷61,4 km) hissəsi daxildir. Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun 13,3÷107 km hissəsinin  4 zolağa genişləndirilməsi Müşviqabad qəsəbəsi ərazisi (13,3-15,1 km), Müşviqabad-Çəngi hissəsi (15,1÷44,6 km ), Çəngi-Qobustan hissəsi (44,6÷67,5 km), Qobustan-Bədəlli hissəsi (67,5÷91,0  km) layihələri də xarici investesiya - Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi hesabına tikilən layihələr sırasında yer alır. Bundan başqa Asiya İnkişaf Bankı tərəfindən maliyələşən layihlərə Gəncə regionunda 4 ədəd körpünün tikintisi (Ağstafa-Poylu avtomobil yolunda (R-24) 3 ədəd və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda   1 ədəd), də aiddir. 

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB)  maliyyəsi hesbına isə Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) yenidən qurulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR