Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub

2017-ci ilin iyul ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub. Bu müraciətlərin 730-dan çoxu canlı rejimdə, 190-dan çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 69 minə yaxın müraciət daxil olub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş bütün müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə daha ətraflı cavablandırılması məqsədilə aidiyyəti üzrə yönəldilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR