Əkbər Qoşalı: “Baramaçılıq, tütünçülük, fındıqçılıq yeni nəfəs istəyir”

"Ölkə başçısı cənab İlham Əliyev ardıcıl olaraq, rayonlara, qəsəbələrə səfərlər edir, problemlərlə yerində maraqlanır; habelə yeri gəldikcə, ən ucqar kəndlərə də gedir, ayrı-ayrı ailələrdə qonaq olur, vətəndaşları dinləyir və s. - Bu, "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" müdrik kəlamının bir daha parlaq şəkillənməsi, təzahürüdür.

Qax rayonuna səfər, orada Prezidentin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi də, həm qeyd edilən məqamları, həm də, iqisadiyyatın şaxələnməsi, ümumən əməli fəaliyyət sahələrinə dövlət başçısının universal baxışını bir daha təsdiq edir". Bunu Azərbaycanda ATATÜRK Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, İlham Əliyev cənabları paytaxtdan bölgələrə, kosmosdan yerin təkinə, qurudan dənizə, neftdən qeyri-neft sektoruna, habelə valyuta ehtiyatlarının insan kapitalına çevrilməsinədək həyata, dünyaya üfüqü-genişliklə baxır, xalqın rifahının dirçəldilməsinə çoxfunksiyalı, çoxvektorlu yanaşma tətbiq edir. Bax, bütün bunlar da, alovlu vətənpərvərlikdən qaynaqlanır: "Konkret olaraq, Qax səfərində toxunulan əsas məsələyə gəldikdə, vurğulamalıyıq ki, müşavirənin ana mövzusu olan iqtisadiyyat sahələrinin respublikamızda ənənəsi, təcrübəsi zəngindir; SSRİ-nin dağılması ilə bir-birinə calanmış sovet iqtisadiyyatı çöküncə, bu çöküşün nəticələrini bizim respublika da öz üzərində hiss etdi, təbii. İllər keçib, situasiya dəyişib; artıq yeni iqtisadi dövr, yeni çağırışlar, yeni tələblər meydana çıxıb, o cümlədən qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlər daha böyük miqyas alıb və baramaçılıq, tütünçülük, fındıqçılıq yeni nəfəs istəyir.

Ayrı-ayrı iqtisadi bölgələr üzrə, necə deyərlər, ixtisaslaşmış yanaşma metodunun işlənməsi, ölkəmizin ümumi inkişafını, daha da çiçəklənməsini şərtləndirəcək. Bir neçə ildən sonra, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əldə edilmiş nəticələr müzakirə edilincə, ölkə başçımızın Qax da daxil olmaqla, bölgələrə səfərlərinin, orada keçirilən müşavirələrin, qarşıya qoyulan tapşırıqların rəqəmlərdə əksini görəcəyik, deyə inanıram. Mən bu yerdə Ümummilli lider Heydər Əliyevin sözlərini xatırlatmaq istərdim: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Beləliklə, bütün bunlar, paralel olaraq, dövlətimizin müdafiə qabiliyyətini də artırır və ərazi bütövlüyümüzün bərpası işində biz iqtisadi gücümüzün töhfələrini görəcəyik". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR