SKMF investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirmişdir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması. Avqustun 7-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR