Benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək

Ekspert: Nəzarət tədbirləri gücləndirilməlidir ki, süni qiymət artımı baş verməsin

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir. Belə ki, "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Ancaq baş verən qiymət tənzimlənəsi ilə bağlı heç bir narahatçılığa eytiyac yoxdur. Rəsmi dövlət qurumları, eləcə də iqtisadi ekspertlər hesab edirlər ki, baş verən qiymət dəyişikliyinin əhalinin sosial vəziyyətinə mənfi təsiri mümkün deyil. Əvvala qeyd edək ki, Azərbaycanda  yanacağın qiyməti 4 il öncə artıb. Ötən müddət ərzində ölkə iqtisadiyyatı ilə paralal olaraq əhalinin sosial rifah halı xeyli yüksəlib, daha  konkret desək gəlirlərində də artım baş verib. Digər tərəfdən, Azərbaycanda benzinin qiyməti yaxın MDB ölkələri ilə müqayisədə aşağı səviyyədədir. Yəni, digər ölkələrdə "Aİ-92" markalı benzinin qiyməti Azərbaycandakı yeni qiymətlərlə müqayisədə bahadır. Məsələn, Aİ-92 Gürcüstanda 0,86 dollar, Rusiyada 0,61 dollar, Belarusda 0,59 dollar, Ukraynada 0,98 dollar, Avropa ölkələrində isə daha yüksəkdir.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanda yalnız "Aİ-92" markalı benzinin qiyməti qalxıb, digər yanacaq növləri isə oduğu kimi qalır. Bu isə o anlama gəlməlidir ki, baş verən qiymət artımının əhalinin sosial vəziyyətinə, eləcə də ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinə təsirindən söhbət gedə bilməz. Onu da qeyd edək ki, bu fikirlər havadan götürülməyib, iqtisadi əsaslandırılmanın nəticəsi kimi ortaya çıxıb. Mütəxəssislər hesab edirlər ki, hazırda ölkənin ictimai nəqliyyat sektorunda daha çox dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunur. Hava nəqliyyatında reaktiv yanacaq, dəniz daşımalarında isə dizel yanacağı işlədilir. Göründüyü kimi sadalanan ictimai nəqliyyat sektorunda "Aİ-92" markalı benzin arxa planda qalır. Belə halda ictimai nəqliyyatda hansı bahalaşmadan söhbət gedə bilər? Onu da xatırladaq ki, iqtisadiyyatın nəqliyyat və kənd təsərrüfatı sektorları bir-biri ilə sıx bağlı olduqlarından onların bir-birinə təsiri də qaçılmazdır. Əgər nəqliyyat sahəsində qiymətlərin dəyişməsi baş verməyəcəksə, nədən kənd təsərrüfatı məhsularının qiymətində artım olsun. Axı, kənd təsərrüfatı məhsullarının istehsal xərclərinə, maya dəyərinə əlavə xərclər daxil olmur ki, satış qiymətində başalaşma baş versin. Nəzərə almaq lazımdır ki,  kənd təsərrüfatı məhsullarının daşınmasında Aİ-92 markalı benzin istifadə olunmadığına görə bu sahədə qiymət dəyişikliyi baş verməyəcək. Deməli, kənd təsərrüfatı məhsullarının daşınmasında və  ictimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunduğuna,  görə bu sahələrdə qiymətlər sabit qalacaq.

Sosial məsələlər üzrə ekspert Mirzə Manafov hesab edir ki, "Aİ-92" markalı benzin qiymətinin qalxması heş nir halda kənd təsərrüfatı məhsullarının qiymət dəyişkənliyinə səbəb ola bilməz: "Məlumdur ki, kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işləyir. "Aİ-92 markalı benzin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak etmir. Üstəlik hər bir sahibkara əkib-becərdiyi ərazinin hektarına görə, "benzin pulu" verilir. O da nəzərə alınmalıdır ki, hazırda Azərbaycanda taksi sürücülərinin böküyk əksəriyyəti dizel yanacağına üstünlük verir. Buna görə də, qeyd edilən markalı benzinin qiymətinin qalxması kənd təsərrüfatı mallarının istehsalına və satış qiymətlərinə heç bir formada təsir edə bilməz". Onun sözlərinə görə, benzinin qiymətinin artırılması reallıqdan doğan bir addımdır. Lakin benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək: "Şübhəsiz ki, istənilən qiymət artımı müəyyən dövrdə insanlar üçün psixoloji gərginlik yarada bilər. Amma əhalinin sosial müdafiəsi daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu isə o deməkdir ki, süni şəkildə qiymət artımının qarşısı inzibati yollarla alınacaq. Son illərdə belə hallar dəfələrlə təkrarlanıb. Hər dəfə qiymət tənzimlənəndə əhali narahatçılıq keçirir, Ancaq məsələ nizamlandıqdan sonra bəlli olur ki, narahatşılıqğı heç bir əsası yox imiş. Hazırda əsas diqqət süni, heç bir iqtisadi əsası olmadan qiymət artımının qarşısının alınmasına yönəlməlidir".

Ekspert hesab edir ki, yanacağın bahalaşması ilə əlaqədar istehlak bazarında elə bir ciddi qiymət artımı baş verməyəcək. Belə ki, ölkənin əksər ticarət şəbəkələrində qiymətlərin artması əksər hallarda süni amillərlə bağlı olur. Bahalaşmasının iqtisadi əsaslarının açıqlanmaması və nəzarət orqanlarının fəaliyyətsizliyi nəticəsində qiymət artımı qaçılmaz olur. Hazırki qiymət artımının isə iqtisadi əsaslandırılması və nəzarət mexanizmi mövcuddur. Odur ki, benzinin qiymətinin artması inflyasiyanın da artmasına səbəb ola bilməz: "Dazarlarda qiymət artımına təsir edən bir sıra amillər var ki, onların qətiyyən iqtisadi əsası yoхdur. Belə amillərdən ən təhlükəsi və dərin kök salanı inhisarçılıq və nəzarət siseminin olmamasıdır. Ölkədə liberal iqtisadiyyatın olması o demək deyil ki, satışa çıхarılan məhsullara istənilən fantastik qiymət qoyulsun. Satışa çıхarılan məhsul əhalinin alıcılıq qabiliyətinə və vətəndaşların ailə büdcəsinə uyğun olmalıdır. Xatırladaq ki, qiymət artımına həm də iri ticarət mərkəzlərində tətbiq edilən qeyri-qanunu rüsumlar təsir etməkdədir. Rüsumların çoxluğu, yer pullarının fantastik həddə olması təbii ki, qiymətlərə öz təsirini göstərir. Aidiyyati qurumlar isə demək olar ki, nəzarət funksiyalarını qətiyyən işə salmaq niyyətində deyillər. Heç şübhəsiz ki, sadalanan amillərə qarşı lazımi tədbirlər görülməsə bazarlarda qiymət artımı təklükəsi, əhalinin alıcılıq qabiliyyətinin azalması qaçılmaz olacaq. Nəzərə almaq lazımdır ki, əhali gəlirlərinni 70 faizini ərzağa xərcləyir. Belə halda müvafiq nəzarət tədbirlər görülməlidir ki, süni qiymət artımına yol verilməsin".

Zəka 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR