“İkili yanaşmalar bizi ruhdan sala bilməz”

Millət vəkili: "Azərbaycan parlamenti beynəlxalq müstəvidə ciddi işlər görür"

Azərbaycan parlamenti cari ildə bir necə uğurları ilə yadda qaldı. Həm ayrı-ayrı millət vəkillərinin, həm də beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətinin fəallığı öz bəhrəsini vermiş oldu. Konkret olaraq bir sıra beynəlxalq təşkilatlarda ölkəmizin lehinə qərarlar qəbul edilmiş oldu. Məlumat üşün bildirək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İstanbulda toplantısın da da ilk dəfə olaraq dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı barədə qətnamə qəbul edilib. Millət vəkili, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qeyd edib ki, Azərbaycan parlamenti beynəlxalq müstəvidə ciddi işlər görür. Bunu ayrı-ayrı beynəlxalq təşkilatlardakı deputatlarımızın fəaliyyəti təsdiqləyir: "İstər ATƏT Parlament Assambleyası, istərsə də Avropa Şurası Parlament Assableyasında olan nümayəndə heyətimiz çox aktiv fəaliyyət göstərir. Əlbəttə ki, bu qurumlarda qəbul edilən qətnamələrin Azərbaycanın xeyrinə olması vacibdir. Bəzən  bizlər öz sözümüzü lazımi yerlərə çatdıra bilsək də, bu, alınmır. İkili yanaşmalar və s. kimi məsələlər var. Ancaq bütün bunlar bizi ruhdan sala bilməz. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Azərbaycan nümayəndə heyəti də çalışır ki, aparılan debatlarda maraqlarımızdan çıxış edən qərarların qəbul edilməsinə nail olaq. Ona görə də mütləq Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsız azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad etmək çox vacibdir. Təəssüf ki, üstündən 25 il keçməsinə baxmayaraq həmin qətnamələr yerinə yetirilmir. İndi hansı beynəlxalq qurumun qəbul etdiyi sənədə baxsanız görərsiniz ki, orada Azərbaycan torpaqlarının zəbt olunması göstərilir. Ancaq çox təəssüflər olsun ki, aparılan danışıqlar Ermənistanın təqsiri ucbatından heç bir nəticə vermir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı mütəmadi olaraq danışıqlar aparır, görüşlər  keçirir. Ölkəmizin mövqeyini ortaya qoyur, torpaqlarımızın bölünməz olduğunu, ümumən tarixi həqiqətlər haqda ortaya faktlar göstərir, ermənilər isə daima öz yalanlarını uydurmaqda davam edirlər. Bizim əsas məqsədimiz torpaqlarımızın geri qaytarılması və məcburi köçkünlərin öz torpaqlarına  qayıtmasıdır". Millət vəkili bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Türiyədə keçirilən sonuncu toplantısında 12 dövlətdən üzv olan nümayəndələr  iştirak edirdilər. Növbəti toplantı Ukraynada baş tutacaq: "Bu təşkilatın da digər bu kimi beynəlxalq qurumlarda olduğu kimi komitələri fəaliyyət göstərir. Assambleyanın  ildə 2 dəfə toplantıları keçirilir. Komitədə verilən qərarlar assambleyanın iclasına təqdim olunur və müzakirəyə çıxarılır. Bizim üçün son toplantıda vacib olan sənədlərdən biri dövlətlərin ərazi bütövlüyünün, suverenliyin qorunması,  sərhədlərin toxunulmazlığına dair qərarların qəbul edilməsi oldu. Bu sənəd Kişnyovda ukraynalı deputatlar tərəfindən qəbul edilmişdi, biz də səs vermişdik.,amma ermənilər  sənəddəki bu bəndin çıxarılmasını təklif etmişdilər. İstanbuldakı sonuncu toplantıda isə ermənilərlə yanaşı, ruslar da bunun gündəlikdən çıxarılmasını və növbəti assambleyanın iclasında müzakirə olunmasını təklif etdilər. Yerdə qalan 10 dövlət bunun əleyhinə oldu. 10 dövlətin nümayəndə heyəti bunun əleyhinə çıxdı və Rusiyanən təklifi səsverməyə qoyulsa da, keçmədi. Bunda sonra ermənilər həmin deklorasiyanın konsensus yolu ilə müzakirəyə çıxarılmasını təklif etdilər. Halbuki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Əsasnaməsində belə bir şey yoxdur. Bu zaman hər dövlətin nümayəndə heyətinin üzvləri ayrı-ayrılıqda səs verməli idilər. Mən bu zaman bütün iştırakçılara müraciət edərək bildirdim ki, burada heç bir problem yoxdur. Əgər nümayəndə heyətlərinin rəhbərləri mövqelərini bildirirsə, üzvlər də bildirə bilərlər. Hər bir nümayəndə heyətinin rəbəri üzvlərin mövqeyindən çıxış edir. Təklifim qəbul edildi, qətnamə ikinci dəfə səsverməyə qoyularaq qəbul edildi. Ermənilərin səsi belə çıxmadı". Millət vəkili qeyd edib ki, QDİƏT Parlament Assambleyasının iclasında 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi məsələsi də qabardılıb: "Bu haqda bizə məlumat verildi. Mən protokolumuzun rəhbərindən xahiş etdim ki, Zəhranın neçə qətlə yetirildiyi şəkli bir neçə nüsxədə böyüdüb bizə versinlər. Və çıxış üçün söz aldım. Çıxışımda da öz sözümü dedim. Ermənilərin bu vəhşiliyindən bütün dünya ölkələrinin xəbərdar olmasını istədim. Biz ermənilərlə üzbəüz əyləşmişdik. Mən şəkli yuxarı qaldıraraq hər kəsə nümayiş etdirdim və 2 yaşlı uşağın nə günahı var idi ki, onu qətlə yetrdiniz, deyə ermənilərdən soruşdum. Qeyd etdim ki, bu uşağın yeganə günahı onun azərbaycanlı olması idi. Ermənilər bizim torpaqlarımızda etnik təmizləmə aparırlar, zəbt etdikləri torpaqlar az deyilmiş kimi, dinc əhalini də vahimə, qorxu içində yaşadırlar. Mən öz çıxışımda da xalqımızın nə qədər sülhsevər olduğunu dilə gətirdim. Bildirdim ki,  ermənilər bütün bunlara baxmayaraq, öz mənfur əmələrindən əl çəkmirlər. Erməni deputatlar cavab verə bilmədilər. Bütün ölkələrin deputatları balaca Zəhra məsələsinə çox həssas yanaşdı. Görünür Ermənistandan olan deputatlar məsələnin bu şəkil alacağını gözləmirdilər, bəyan etdilər ki, Qarabağ məsələsinin onlara dəxli yoxdur. Bunu Qarabağdakı ermənilər edib. Halbuki bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini qəbul edir. Əslində erməni deputatlar bu şəkildə mövqe ilə özlərini biabır etdilər". Millət vəkilinin sözlərinə görə, nümayəndə heyəti gələcək tədbirlərdə də yeni təşəbbüslə çıxış edəcək: "Biz yuxarıda qeyd etdiyim deklorasiyanı qəbul etdikdən sonra 2-ci addımı atmalıyıq. Bu addım torpaqlarımızın qeyd-şərtsiz azad oluması ilə bağlıdır. Bilrisiniz, əksər beynəlxalq qurumlarda Azərbaycan da, Ermənistan da təmsil olunur. Nə qədər məntiqlidir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, ərazi bütövlüyünü pozub, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün edib, ancaq işğalçı ilə işğala məruz qalan eyni qurumda eyni statusla təmsil olunur, birlikdə qərarlar qəbul edirlər? Hesab edirəm ki, bu, kökündən yanlış yanaşmadır, həmin qurumlara üzv ölkələr özlərin, təmsil etdikləri qurumlara sayğı ilə yanaşırlarsa, mütləq işğala "dur!" deməlidirlər. Eyni qurumda təmsil olunan dövlətlər biri-birinə qarşı təcavüzkar siyasət həyata keçirməməldiir. Axı ermənilərin Azərbaycana köçürülməsi o qədər də uzaq tarix deyil. Mən tələbə olanda ermənilər özləri bunun 150 illiyini qeyd edirdilər. Bunu təsdiq edən faktlar var. İndi necə oldu ki, Ermənistan Azərbaycana ərazi iddiası irəli sürür?"

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR