“Neft Daşları”nda yeni quyu istismara verilmişdir

"Neft Daşları" yatağındakı 1954A saylı estakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1210-1205 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR