Şefçoviç: ""Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var"

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir".

Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Gürcüstana rəsmi səfəri ərəfəsində deyib. Vitse-prezident əlavə edib ki, Gürcüstan "Cənub Qaz Dəhlizi" layihəsində əsas tranzit rolunu oynayır.

Qeyd edək ki, M.Şefçoviç Gürcüstana səfəri çərçivəsində enerji təhlükəsizliyi və enerji bazarlarının şaxələndirilməsi məsələlərinin də müzakirə olunacağı "Regional sabitliyin təmin edilməsi" mövzusunda Batumi beynəlxalq konfransında iştirak edəcək. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR