22-ci Dünya Neft Konqresi Azərbaycana nə vəd edir? 

"Azərbaycan neft ölkəsidir və təbiidir ki, dünyada neftlə, enerji daşıyıcıları ilə bağlı baş verən proseslərə, eləcə də bu məsələrlə bağlı dövlət başçılarının iştirakı ilə keçirilən böyük tədbirlərə ölkəmizin qatılması mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyədə baş tutan 22-ci Dünya Neft Konqresində təmsil olunması, həm ölkəmizin mövqeyinin açıqlanması, həm də ayrı-ayrı ölkələrin lidelərinin bu sahədə obyektiv qərarlara təsir etməsi baxımından çox önəmli idi". Bunu iqtisadçı-ekspert Azər Mehdiyev deyib.

Bu gün Azərbaycanın Türkiyə vasitəsilə Avropaya qazın daşınması istiqamətində böyük layihə həyata keçirdiyini deyən ekspert bildirib ki, Azərbaycan belə bir layihəni reallaşıdıran ölkə kimi nəinki 22-ci Dünya Neft Konqresi kimi böyük tədbirlərə qatılmalı, eyni zamanda həmin tədbirlərə strateji mövqelərlə getməlidir:"Çünki, bu cür tədbirlər Azərbaycanın dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət edir. Bildyiniz kimi, hazırda dünyanın neft bazarında gərginliyin, rəqabətin gücləndiyi bir dövrdür və bu bazarda baş verən proseslər ölkə olaraq Azərbaycanın həm bugünkü, həm də gələcək taleyinə təsir edir. Bu baxımdan Azərbaycan dünyada gedən heç bir prosesdən kənarda qala bilməz".

A. Mehdiyev qeyd edib ki, sözügedən konqresdə Azərbaycanın məhz dövlət başçısı səviyyəsində təmsil olunması konqresin ölkəmiz üçün böyük perspektiv vəd etdiyini göstərir: "Bildiyiniz kimi, konqresdə ABŞ da yüksək səviyyədə təmsil olunurdu. Bunun özü də bir daha göstərdi ki, konqres neftlə bağlı siyasətdə və bir sıra məsələlərin müəyyən olunmasında mühüm rola malikdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR