“Texnologiyalar elə sürətlə dəyişir ki,....”

Cəmi 20-30 ildən sonra bu gün aktual olan bir çox peşələr sıradan çıxacaq.

İnsanın gördüyü işin böyük əksəriyyətini robotlar, avadanlıqlar, yazılım proqramları görəcək

Müasir dünyamızda informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə əl əməyinə də tədricən az ehtiyac duyulmur, yaxud əl əməyi ilə çalışanların sayı mərhələ-mərhələ azalır. Bu da heç şübhəsiz ki, son nəticədə müəyyən mənada işsizliyə, ölkələrdə sosial durumun mənfi istiqamətə doğru getməsinə səbəb olur. Bu tendensiya tək bir ölkə üçün spesifik deyil. Günümüzdə dünyanın hər bir ölkəsində bu tendensiya yaşanmaqdadır. İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, müasir texnika və texnologiyaların inkişafı işsizlik probleminin meydana gəlməsinə səbəb olur: Natiq Cəfərli onu da qeyd edib ki, elm və texnikanın inkişafının müsbət cəhəti də var. O da insanın vaxt itgisinə yol verməməsidir: "İnsan övladının formalaşmasında qlobal olaraq zaman məfhumu mühim rol oynayıb. İnsanın boş zamanı artıqca mənəvi ehtiyacları da artır, mənəvi ehtiyacları ödənildikcə, insan övladı mədəniləşir, savadlanır savadlandıqca, mədəni səviyyəsi artıqca, sözün fəlsəfi mənasnda, insan olur. İlk insan qrupları odu, odda əti bişirməyi kəşf edənə qədər hər gün yeməyi çiy şəkildə çeynəməyə, həzm etməyə 6-7 saat vaxt sərf edirlərmiş. Alovu, odda əti bişirməyi öyrənən insan yeməyə gündə ortalama 1-1,5 saat sərf etməyə başladı. Deməli, yemək üçün ayırdığı zaman qısaldı, daha çox boş vaxtı qalmağa başladı, bunun nəticəsi olaraq qaya rəsmləri, müxtəlif alətlərin düzəldilməsi yarandı. Alov, tonqal həm də sosiallaşmanı özü ilə bərabər gətirdi. Tonqal ətrafında qızınan, yemək bişirən, yeyən ilk insanlarda ünsiyyət ehtiyacı yarandı, beləliklə də dil formalaşdı. Yəni, artıq qalan zaman insanın formaşmasında ciddi rol oynamağa başladı. Cəmi 100 il bundan öncə Birləşmiş Ştatlarda 1 hektarda pampığı əkib-becərib-yığmaq üçün 23 nəfərə ehtiyac duyulurdu. Bu gün ABŞ-da 12 hektar ərazidə pambığın ərsəyə gətirilməsində cəmi 1 nəfər işçi tələb olunur". Ekspertin qənaətincə, müasir dünyada elmi inkişaf, kəşflər, texnologiyalar elə sürətlə dəyişir ki, cəmi 20-30 ildən sonra bu gün aktual olan bir çox peşələr sıradan çıxacaq: "İnsanın gördüyü işin böyük əksəriyyətini robotlar, avadanlıqlar, yazılım proqramları görəcək. Yəni, insanın daha çox artıq zamanı qalacaq, humanitar elmlərə, mədəniyyətin müxtəlif qollarına təlabat artacaq. Bu təlabatın ödənilməsi üçün isə mütləq azadlıqların genişlənməsinə ehtiyac duyulacaq. Ancaq azadlıqların geniş olduğu cəmiyyətdə ədəbiyyat, elm, mədəniyyət inkişaf edə bilər. Robotların və yazılım proqramlarının insanı əvəz etməsi sürətləndikcə işsizlik problemi də artacaq. Bu zaman isə azadlıqlarla paralel ədələtli cəmiyyət modeli də aktual olacaq. Ədalətli cəmiyyət modelində daha çox boş zamanı olan insan övladının rolu başqa olacaq, yəni, iqtisadiyyatın yaratdığı nemətlərdən pay alacaq, amma azadlıqların ona verdiyi imkanlardan yaralanaraq, daha çox humanitar, mədəni,

elmi işlərlə məşğul olacaq. Bir müddət sonra dövlətin gördüyü bir çox işləri də vətəndaş cəmiyyəti görməyə başlayacaq, Vətəndaş Cəmiyyətinin inkişafı işsizlik problemini həll edən əsas amillərdən biri olacaq. Çünki, nə robotlar, nə yazılım proqramları Vətəndaş Cəmiyyətinin rolunu üslənə, mədəniyyətdə mühim rol oynaya, elmi və ədəbi əsərlər yaza bilməzlər. Hökumətlər anlamalıdırlar ki, bu gün fantastik görünən məsələlər cəmi bir neçə ildən sonra real olacaq, azadlıqlar və ədalət olmasa sabah işsizlər ordusu böyük bir sosial gərginlik mənbəyinə çevriləcək". Natiq Cəfərlinin sözlərinə görə, ən acınacaqlı hal odur ki, bu gün 1,5 milyon muzdla çalışan əhalinin (bunun da 900 mini dövlətdən maaş alır) və 1,3 milyon təqaüdçünün hər ay aldıqları maaş və təqaüd iqtisadiyyatın çarxlarını döndərən yeganə mənbəyə çevriliblər: "Yəni, dövlət büdcəsindən ayrılan maaş və təqaüdlər dövr edir, iqtisadi aktivliyin tam məhv olmasına imkan vermir, bu isə nə tərəqqiyə, nə də inkişafa imkan yaratmır. Ancaq hər mənada azadlıqların, ədalətin bərqərar olduğu cəmiyyət tərəqqiyə qadirdir. Bunu sübut etməyə belə ehtiyac yoxdur".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR