Sahibkarlar Yevlaxa yığışıblar

İyulun 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində "Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğinin dəfələrlə azaldılması, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması, investisiyaların təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştlərinin tətbiqi,  qeyri-neft ixracının təşviqi ilə bağlı ixrac təşviqinin ödənilməsi,  dövlət satınalmalarında aparılan təkmilləşdirmələr və s. bu istiqamətdə görülən işlərə əyani misaldır.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov çıxışında Yevlaxda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlığın inkişafına göstərilən diqqət, sahibkarların maarifləndirilməsi tədbirləri hər bir bölgədə olduğu kimi, Yevlaxda  da fəaliyyət göstərən iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR