Azərbaycan brendi keyfiyyəti ilə seçiləcək 

Azərbaycanın yeni iqtisadi modelinin hədəfi iqtisadi islahatlar, innovasiya və texnologiyalara əsaslanan iqtisadi inkişafdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracını artırmaq, "Made in Azerbaycan" brendini dünyada tanıtmaq və ixrac etdiymiz malları bazarlara çıxarılmasının şaxələndirilməsi istiqamətində işlər görülməlidi: "Ölkə başçısının da qeyd etdiyi kimi, dövlət və özəl sektorun birgə fəaliyyəti ilə böyük nəticələr əldə etmək olar. Azərbaycan brendini dünyada tanıtmaq üçün ixrac olunan malların keyfiyyətli olmasını təsdiqləyən sertifakatlarla yanaşı, laboratoriyalarımızı beynəlxalq akreditasiyadan keçirmək lazımdır. Həmçinin ixrac proseslərini, o cümlədən kadr hazırlığına xüsusi diqqət göstərmək bir çox ölkələrdə Azərbaycanın ticarət evlərini yaratmaqla yanaşı beynəlxalq sərgilərdə mütəmadi iştirakını təmin etmək, logistika mərkəzləri şəbəkəsini genişləndirmək, yaxşı təşkilatçılıq və. s işlər görmək lazımdır. Bu işlər zaman və vaxt tələb edir".

Azər Badamov qeyd edib ki, Azərbaycanda ixrac yönümlü məhsulların istehsalı üçün hər cür şərait var: "Kənd təsərrüfatının ayrı-ayrı sahələri, emal sənayesi, sənaye mallarının istehsalı, kosmik sənayemiz, hərbi texnika istehsalı, turizm sənayesinin ixracı, təbii ehtiyatlardan müxtəlif çeşidli məmulatların hazırlanması və ixracı və.s qeyd etmək olar. Ölkə başçısının qeyd etdiyi bütün istiqamətlər Azərbaycan iqtisadiyyatını neft sektorundan azad edəcək və qeyri-neft sektoru üzərində formalaşan güclü iqtisadiyyata malik olmasına gətirib çıxaracaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR