Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində "DP World Group" şirkətinin rəhbərliyi ilə görüşüb. Görüşdə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına məsləhət xidməti göstərən BƏƏ-nin "DP World Group"un gördüyü işlər barədə məlumat verilib, məsləhət xidmətləri üzrə təqdimat keçirilib, sənaye və logistika infrastrukturu üçün Baş Plan, Zonanın inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri və s. barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan nümayəndə heyəti BƏƏ-nin "VPS Healthcare" şirkətinin rəhbərliyi ilə görüşüb. İqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını və artıq parkda 2 dərman istehsalı zavodunun tikintisinin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, bununla belə əczaçılıq sahəsinə maraq göstərən digər şirkətlərlə danışıqlar davam etdirilir. Daha sonra Dubay Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, qida, tikinti, maliyyə, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR