Xarici hesablarda valyutanı kimlər gizlədib?

Araşdırmalara başlandı

İxrac edilən malların satışından əldə edilən gəlirləri xarici banklarda yatıraraq ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb olunacaqlar. "Olaylar"a daxil olan məlumata görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb. Məlumata əsasən, artıq sözügedən qanunsuzluğa yol verən şəxslərin adları bəllidir və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Mənbənin verdiyi məlumata görə, bu istiqamətdə araşdırma Prezident İlham Əliyevin  Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışından sonra başlanılıb. Xatırladaq ki, dövlət başçısı məlum müşavirədə qeyd etmişdi: "Əlbəttə ki, ixrac edilən malların satışından sonra əldə edilən gəlir də tam şəkildə ölkəmizə gəlməlidir. Bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur. Ona görə ki, əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Əgər hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR