Pambıqçılığın inkişaf perspektivləri

Rövşən Ağayev: "Azərbaycan fermeri indiki alış qiymətləri şəraitində pambıqdan qazanc götürmək istəyirsə, hər hektarın məhsuldarlğı heç olmazsa 3 ton təşkil etməlidir"

Azərbaycandakeçənildənbaşlayaraqpambıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Ötən müddət ərzində əlverişli iqlimi və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv işlər görülüb. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri çərçivəsində pambıqçılığın inkişafına dair müşavirə keçirməsi də dövətin bu sahəyə nə qədər ciddi diqqət ayırmış olduğunu ortaya qoydu.

Bəs görəsən pambıqçılığın inkişaf etdirilməsi Azərbaycan üçün nə qədər gəlir gətirə bilər? Ümumiyyətlə, 1 hektar pambıq kəndli üçün nə qədər qazanc gətirə bilər?

İqtisadçı Rövşən Ağayev bildirib ki, bunu Kənd Təsərrüfatı Nazirliyi, aqrar sektorla bağlı elmi-tədqiqat institutlarının mütəxəssisləri hesablamalı və hər hektar pambıq sahəsinin becərilməsi üçün nə qədər xərc tələb edildiyini açıqlamalıdırlar: "İnsanlar da görsünlər və əmin olsunlar ki, pambıqsərfəli bitkidir, əkməyə dəyər. Başqa bir sual budur ki, xam pambığı fermerdən alan emal müəssisələri, pambıqayırma zavodları nə qədər qazanc əldə edə bilir? Bu informasiya fermerlər üçün xam pambığın alış qiymətinin formalaşması baxımından çox vacibdir. Məlumat qıtlğını nəzərə alaraq ölkənin bir neçə rayonunda pambıq əkini ilə məşğul olan ayrı-ayrı fermerlərlə və pambıqayırma zavodlarını təmsil edən mütəxəssislərlə görüşdüm, onlardan müsahibələr götürdüm. Fermerləri təmsil edən 10, emal müəssisəsində çalışan 2 nəfərlə apardığım müsahibələr əsasında bütün məlumatları sistemləşdirdim, orta hesabla hər hektar pambıq əkinləri üzrə xərcləri, pambığın hər kiloqramının maya dəyərini təxmini də olsa hesablaya bildim. Əlavə olaraq, emal müəssisələrinin aldığı xam pambıqdan əldə olunan hazır məhsulların həcmi, xam pambığın hər tonunun emal xərcləri barədə təqribi, amma mənzərəni tam aydınlaşdıran rəqəmləri götürmək mümkün oldu". İqtisadçının sözlərinə görə, xərclərin strukturuna və xərc elementlərinin tərkibinə baxdıqda aydın olur ki, fermer yüksək məhsuldarlığa nail olmaq və keyfiyyətli məhsul əldə etmək üçün çoxsaylı becərmə prosedurlarından keçməli, xeyli vəsait xərcləməlidir. Beləliklə, yığım xərcləri nəzərə alınmadan 1 hektar pambığın becərilməsi üçün cəmi xərclər 775 manat təşkil edir. Əgər pambıq maşınla yığılarsa, bu halda 1 hektar pambığın becərilməsi xərcləri 875 manat olacaq. Əllə yığılacağı tədqirdə xərclərin həcmi sahənin məhsuldarlığından asılı olacaq. Məsələn, əllə yığım aparıldığı tədqirdə 1 hektarın məhsuldarlığı 2 ton olarsa hər hektar üzrə xərclər 1075 manat, məhsuldarlıq 3 ton olarsa 1225 manat, 4 ton olarsa 1375 manat olacaq. Pambığın əl və ya texnika ilə yığılmasından asılı olaraq hər kq xam pambığın maya dəyəri də fərqlidir. Hər hektar pambığın becərilməsi üçün xərclər məlumdur və indi fermerlərin bundan qazana biləcəklərini hesablamaq olar. Maya dəyərinin səviyyəsi xərclərin həcmi ilə yanaşı məhsuldarlıqdan asılı olduğu kimi pambıq əkinlərinin mənfəətliliyi də alış qiymətləri ilə yanaşı bilavasitə sahənin verimliliyindən asılıdır. Məhsuldarlıq və alıq qiymətləri yüksəldikcə maya dəyəri azalır, məhsul vahidinə düşən gəlirlilik artır. Amma bir vacib məqamı da qeyd edim. Emal müəssisələri xam pambığı qəbul edərkən 10-12 faiz civarında "çirklənmə" əmsalı tətbiq edir. Məsələn, 4 ton pambıq təhvil verən fermer zavoddan 3.5 ton məhsulun pulunu ala bilir. Odur ki, hər hektar pambığın gəlirliliyi hesablanarkən "çirklənmə" əmsalı mütləq nəzərə alınmalıdır. Hazırda emal müəsssiləri hər ton pambıq üçün 500 manat, hökumət isə büdcədən əlavə olaraq 100 manat müəyyən edib. Amma fermerlərin dediyinə görə, emal müəssisiləri 1-ci növ (ilk dəfə sahədən dərilən) məhsulun hər tonunu 500 manata alırsa, 2 və 3-cü növ pambığa 44-48 qəpik arasında alış qiyməti tətbiq edir. Yekun nəticə etibarı ilə 1 ton xam pambığın fermerdən orta alış qiyməti 470-480 manat təşkil edir. Deməli, hər hektar sahənin ümumi gəlirliliyi hesablanarkən "çirklənmə" əmsalı ilə yanaşı pambığın növlərinə tətbiq edilən fərqli qiymətlər də nəzərə alınmalıdır.

Beləliklə, hər hektar pambıqdan fermerlərin əldə edəcəyi mümkün gəlirlər belə olur. Texnika ilə yığıldığı şəraitdə. Məhsuldarlıq 2 ton olduqda 170 manat, 3 ton olduqda 690 manat, 4 ton olduqda 1150 manat hər hektardan xalis gəlir əldə edilir. Əllə yığıldığı şəraitdə. Məhsuldarlıq 2 ton olduqda 30 manat, 3 ton olduqda 340 manat, 4 ton olduqda 655 manat hər hektardan xalis gəlir əldə edilir. Bu hesablama 10-12 faizlik "çirklənmə" əmsalı və hər ton üçün 580 manat alış qiyməti əsasında aparılıb. Rəqəmlərdən göründüyü kimi, Azərbaycan fermeri indiki alış qiymətləri şəraitində pambıqdan qazanc götürmək istəyirsə, hər hektarın məhsuldarlğı heç olmazsa 3 ton təşkil etməlidir". Rövşən Ağayev onu da qeyd edib ki, hökumətin pambıqçılıqla bağlı yaxşı işlənmiş, hədəfləri çox dəqiq müəyyən edilmiş proqramı olmalıdır: "Məsələn, Türkiyə hökuməti belə proqrama malikdir və onun hədəflərinə diqqətinizi cəlb etməklə nə demək istədiyimi daha rahat izah edə bilərəm: Türkiyə fermerləri hazırda toxuculuq sənayesi üçün təxminən 900 min ton xam pambıq becərə bilir, lakin bu sənayenin illik ehtiyacı təxminən 1.8 mln. tondur. Hökumətin hədəfi budur ki, fermerlər ilk növbədə tekstil sənayesinin ehtiyaclarını tam qarşılamaq üçün 900 min ton əlavə xam pambıq istesalına nail olmalı, bundan sonra digər sənaye sektorlarının ehtiyaclarını da qarşılamaq üçün əlavə 500-600 min ton xam pambıq istehsal etmək gücünə malik olsunlar. Türkiyə Milli Pambıq Şurasının hesablalamalırana görə, 1 dollar dəyərində xam pambığın dəyəri son tekstil məhsulu kimi Türkiyə ixracatı üçün 7 dollarlıq məhsul yarada bilir. Bizdə bu cür hədəflər və hesablamalar ortaya qoyulması çox mühümdür ki, mənzərə bütün maraqlı tərəflər üçün tam aydın olsun".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR