Sui-istifadə hallarına son qoyulur

Qanun pozuntusuna yol verən sahibkar cəzalanacaq

Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı daima müşahidə olunmaqdadır. Maddi-texniki dəstəkdən tutmuş güzəştli kreditlərin verilməsinə qədər bütün mümkün imkanlardan istuifadə edilir ki, ölkədə sahibkarlığın inkişafı təmin olunsun. Hətta sahibkarlığın inkişafı məqsədilə bu sahəni tənzimləyin normativ aktlarda da sahibkarların mənafeyini qorumağa hesablanmış dəyişikliklər həyata keçirilir, yeni qanunlar qəbul edilir.  Yeni qanunlardan biri Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanundur. Qanuna əsasən yoxlamaların dayandırılması 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Məlumat üçün qeyd edək ki, artıq bir sıra nazirlik və komitələr sahibkarlığın  yoxlanması ilə bağlı fəaliyyətlərinı dayandırdıqlarını bəyan ediblər. İqtisadi inkişaf, vergilər nazirlikləri, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komirəsi, Hesablama Palatası kimi yoxlayıcı qurumlar bu istiqamətdə fəaliyyəttlərini məhdudlaşdırdıqlarını bəyan ediblər. Ekspertlər hesab edirlər ki, yoxlamaların dayandırılması barədə qərar  həqiqətən tarixi və inqilabi istalatlardır. Çünki, ölkədə sahibkarlğın inkişafı qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Məhz bu qanunun qəbulu da ölkə başçısı tərəfindən sahibkarlığın inkişafı və biznes mühitini daha da yaxşılaşdırmaq istiqamətində növbəti addımdır. Bundan başqa, xüsusi lisenziya verilən sahəyə dair prezident tərəfidnən müvafiq fərman imzalanıb. Bu fərmana uyğun olaraq, bütün xüsusi lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə verilir.

Lakin bütün sadalananlara baxmayaraq bir sıra sahibkarlar dövlətin və dövlət başçısının qayğı və dəstəyindən sui-istifadə hallarına yol verirlər. Belə ki, əksər sahibkarlar yaranmış boşluqdan istifadə edərək istehsal etdikləri məhsulun keyfiyyəti barədə düşünmür, süni şəkildə bahalaşmaya rəvac verilər. Artıq ölkədə fəaliyyət göstərən ticarət şəbəkələrində keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli hesab olunan ərzaq məhsullarına tez-tez rast gəlmək mümkündür. Xüsusən, ət və ət məhsullarının istehsalı və satışında belə hallara yol verilir. Onu da qeyd edək ki, belə vəziyyət paytaxt Bakıda fəaliyyət göstərən ən elitar supermarkeetlərdə müşahidə olunur. Kafe və barlarda, şadlıq evlərində isə daha acınacaqlı vəziyyət yaranıb. Məsələn, hazırda ətin kiloqramı 11 manat olmasına baxmayaraq kafelərdə 1 kiloqram lüləkababı 7 manata təklif edirlər. Hansı ki, 1 kq lüləkabab hazırlamaq üçün 1,650 qram ət tələb olunur. Eləcə də çəkilmiş ətin 5,5 manata satılması heş bir ticarət qanununa uyğun gəlmir. Təkcə bu faktlar ölkədə fəaliyyət göstərən sahibkarların iş prinsipini ortaya qoyur. Bu isə o deməkdir ki, əksər  sahibkarlar  vicdan və məsuliyyət hissini tamamilə itiriblər. Məhz bu kimi hallar nəzərə alınaraq  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna əlavələr təklif edilib. Təklif edilən əlavəyə əsasən cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların obyekti sahibkarlar olacaq. Qanunun 2-ci (Qanunun tətbiq dairəsi) maddəsinə bununla bağlı "Bu qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir" bəndi əlavə edilir. Lakin, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamalarda nəzərdə tutulan güzəştlər bir qrup sahibkara şamil edilməyəcək.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacağı gözlənir.

Məlumat üçün qeyd edək ki, hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir.  Bu Qanun Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Belə ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar yalnız bu sözügüdən qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
 Bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların heç bir hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Çünki yoxlamaların məqsədi bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR