Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir

Ölkənin ixrac potensialı xeyli artıb

Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqram xarakterli tövsiyyələr verib. Ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayıran dövlər başçısı turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi siyasətinin yürüdülməsi iqtisadi prioritetlər kimi müəyyən edib. Dövlət başçısı xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparılmalı olduğunu, burada dövlət orqanları ilə yanaşı, yerli icra orqanlarının da çalışmasının zəruriliyi barədə müvafiq tapşırıqlar verib. Ümumilikdə,  Prezident İlham Əliyev müşavirədə  bir daha  yeni hədəflər müəyyən etməklə, bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələr barədə konkret tövsiyələrini  verib. Onu da qeyd edək ki, Azərbaycanda iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf etmiş, ölkənin ixrac potensialı artmışdır. Milli Məclisin deputatı Azər Badamov deyib ki, son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığı ilə 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası Azərbaycanda müasir infrastruktur formalaşdırıb, özəl sektorun inkişafı üçün optimal şərait yaradıb. O, qeyd edib ki, aparılan uğurlu işlərin nəticəsi olaraq Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlayıb: "Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçımız qeyd etdi ki, qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib. Artıq Azərbaycanda qeyri-neft sektorunun  iqtisadiyyatımızda önəmli payı var. Keçən üç ay ərzində ticarət dövrüyyəmizin 15% , ixracın 50% artması,  idxalın 17% azalması və xüsusilə qeyri-neft məhsulların ixracının 10%-dən çox artması Azərbaycan iqtisadiyyatının uğurla inkişafından xəbər verir. Kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artması, üç ayda 1 milyard dollar vəsait qazanmağımız hamızı çox sevindirir. Artıq Azerbaycan brendi dünyada tanınmaq üzrədir. Azərbaycanda istehsal olunan məhsullar dünya bazarlarında rəqabət qabiliyyətliliyi ilə seçilirlər. İnvestisiyaların və ixracın təşviqi qeyri-neft ixracını stimullaşdırıb və sahibkarlığın inkişafında dövlət dəstəyi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verib". Millət vəkili bildirib ki, müşavirədə dövlət başçımızın toxunduğu önəmli mövzulardan biri də fəaliyyətimizin əsas istiqamətlərinin daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarət olmasıdır: "Sevindirici haldır ki, aparılan düşünülmüş iqtisadi islahatların nəticəsində daxili tələbatımızın 65%-dən çoxu yerli istehsalla ödənilir. Cənab Prezident qeyd etdi ki, ölkəmizdə əhalinin demoqrafik artımının yüksək olduğunu da nəzərə alsaq, daxili təlabatımızın 100% ödənilməsi üçün daha çox işlər görməliyik. Azərbaycan dövlətinin ölkə iqtisadiyyatının uğurlu inkişafı istiqamətində vaxtında atdığı addımlar artıq reallaşmaq üzrədir. Qanunvericilikdə edilən dəyişikliklər və təsdiq olunmuş Strateji Yol Xəritələrinin uğurlu icrası Azərbaycanı dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevirəcək". Millət vəkili Tahir Rzayev qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verir və çalışır ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığı tamamilə aradan qalxsın və ixrac yönümlü məhsulların istehsalı çoxalsın: "Bunun üçün ötən dövr ərzində Azərbaycanda xeyli işlər görülüb. Prezidentin apardığı siyasət nəticəsində kənd təsərrüfatının, turizmin inkişafı, qeyri-neft sektoruna aid bütün sahələrdə istehsalın artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan artıq öz brendi ilə dünyada tanınmağa başlayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ixrac potensialını daha da artırmalıdır". Onun szölərinə görə, Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının bilavasitə inkişafı üçün mühüm məsələlərə toxundu və qarşıda duran hədəfləri müəyyən etdi: "Azərbaycanda ixrac potensialını artırmaq və dünya bazarında rəqabətədavamlı məhsulların istehsalı istiqamətində yerlərdə lazımi ifrastruktur yaradılır. Artıq xeyli sayda istehsalat sahələri istifadəyə verilib və bir neçə zavodun da istifadəyə verilməsi, yeni sənaye parklarının açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Azərbaycan ixrac edilən məhsullar hesabına xeyli gəlir əldə edib və işlər bu cür də davam etdirilməlidir. Eyni zamanda Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinə də başlanır". Deputat onu da qeyd edib ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və sahibkarlara lazımi şərait yaradılıb: "Son illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Görülən işlər artıq öz nəticəsini verir və inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək".  Millət vəkiliAydın Hüseynov deyib ki, Prezident İlham Əliyevin  Yevlaxda  respublika müşavirəsində ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yeni hədəflərini elan etmiş oldu. Onun sözlərinə görə, ölkə başçısının  respublikanın müxtəlif regionlarında  müşavirələr keçirməsi bir ənənə halını alıb. "Artıq neçənci dəfədir ki,  Azərbaycan prezidentinin  sədrliyi ilə regionlarda  ölkənin  qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirə keçirir. Bu müşavirələrdə mövcud vəziyyət və qarşıda duran hədəflərə çatmağın yolları müzakirə olunur. Yevlaxda keçirilən respublika müşavirəsi də bu qəbildən olan   tədbirlərdən  növbətisi idi. Ölkə başçısı bu müşavirədə  Azərbaycanın  mövcud iqtisadi duurmua və qarışıda duran hədəflər barədə ciddi bəyanatlar verdi". Milət vəkili əlavə edib ki, dövlət başçısının  Yevlax müşavirəsindəki giriş və yekun nitqləri, eləcə də müşavirədəki digər çıxışlar göstərdi ki,qeyri neft sektorunu inkişaf etdirmək, onun hesabına həm daxili tələbatı ödəmək, həm də ixracı artırmaq üçün xeyli potensialımız var. A.Hüseynov  əlavə edib ki,  aqrar sektoru inkişaf etdirmək üşün böyük potendsila malikik və ölkə başçısının dediyi kimi bu imkanlardan maksimum yararlanmalıyıq: "Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet sahələri hesab olunan kənd təsərrüfatı, emal sənayesi, ağır sənayenin bir sıra sahələri, turizm, informasiya-kommunikasiya texnologiyalarından  səmərəli istifadə etməklə həm öz istehsalımız hesabına yerli tələbatın ödənilməsində, həm də qeyri-neft ixracının artırılmasında nəzərəçarpan irəliləyişlərə nail olmaq olar.Ona görə də prezident müşüvirədə çox vacib bir məsələ qaldırdı. Bunlar  qarşıdakı  3-4 il ərzində əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməklə yanaşı,  ixrac üçün əlavə imkanlar yaratmaqdan ibarətdir". A.Hüseynov onu da  deyib ki, müşavirədə ölkə başçısı qarşıda duran hədəflərə nail olmaq üçün ixracı və sərmayələri təşviqləndirilməsi mexanizmlərinin yaradılmasını, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkilini,  xarici ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılmasının vacibliyini dilə gətirdi. "Ona görə də hesab edirəm ki, ölkə başçısının irəli sürdüyü ideyaların reallaşdırlması üçün  səmərəli tətbiq mexanizmləri tapılmalıdır.  Və bu hökumətin qarşısında əsas  bir vəzifə kimi qoyuldu. Hesab edirəm ki, hökumət ölkə başçısının ölkə iqtisadiyyatının inkişafı ilə bağlı irəli sürdüyü ideya və təkliflərin reallaşamsı üçün səmərəli mexanizmlər hazırlayıb, həyata keçirəcək".

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR